Page 109 - "Morelin ixtirası"
P. 109
Morelin ixtirası

zuma hüdudlar qoymaq, onun vazkeçilməz olmadığına
inanmaq və unutmaq üçün hisslərimi qələmə alıram.

***
Daim təkrarlanan əbədiyyət tamaşaçı üçün
dözülməz görünə bilər, amma bu, prosesin içində
yer alan fərdlər üçün rahatdır. Pis xəbərlərdən və
xəstəliklərdən qurtulmuş halda, keçmişi xatırlamadan,
hər zaman sanki ilk dəfə imiş kimi yaşayırlar. Bundan
əlavə, qabarmalara görə arada fasilələr yaranır və
təkrar olunmalar heç də bezdirici olmur.
Təkrar olunan bir həyata tamaşa etməyə öyrəş-
diyimə görə öz həyatım mənə son dərəcə təsadüfi
gəlir. Buna bir çarə tapmaq cəhdləri mənasızdır:
mənim üçün “növbəti dəfə” anlayışı mövcud deyil,
hər an özünəməxsusdur, fərqlidir və çox vaxt da
yaddan çıxır. Hərçənd, bu surətlər üçün də növbəti
dəfə deyilən bir şey yoxdur (hamısı birincinin təkra-
rıdır).
Bizim həyatımızı bu surətlər tərəfindən yaşanan
və qonşu dünyalarda təkrarlanan bir həftəyə bən-
zətmək olar.

***
Bayaq qeyd etdiyim vərdişə qapılmadan Fausti-
nenin evinə getməyimi, danışdığım əhvalatları maraq-
la dinləməsini, aramızda yaranacaq dostluğu həyə-
canla təsəvvür edə bilirəm. Kim bilir, bəlkə, doğrudan
da, hazırda məni Faustineyə və nəhayət, rahatlıq

109
   104   105   106   107   108   109   110   111   112   113   114