Page 104 - "Morelin ixtirası"
P. 104
lfo Bio Kasares

Bu adanı, Maltyusun nəsihətlərinin unudulduğu
dünyanı və insanları gözləyən təhlükələrin təfərrüatına
varmayacağam; o ki qaldı dənizə, deyim ki, hər dəfə
iri qabarma gələndə adanın tamamilə su altında
qalmağından qorxuram. Rabaulda bir balıqçı kafesində
eşitmişdim ki, Ellice arxipelaqı (yaxud Laqun adaları)
qeyri-sabitdir, bəziləri yoxa çıxır, digərləri meydana
gəlir (ümumiyyətlə, görən, mən bu arxipelaqdayam?
Mən də Ombrellierinin və siciliyalı adamın yalançı-
sıyam).

Qəribədir ki, ixtira öz ixtiraçısını aldadıb. Mən
də elə bilirdim ki, surətlər canlıdır; amma bizim və-
ziyyətimiz fərqlidir axı. Morel bunların hamısını dü-
şünüb və yaradılmasında iştirak edib, mən isə başa
çatmış və işlək halına gəlib çıxmışam.

İxtiraçının öz ixtirasına münasibətdə bu cür kor-
luğu bizi heyrətləndirir və mühakimələrimizdə ehtiyatlı
olmağa sövq edir... Bəlkə də, mən insan ruhundakı
uçurumlar haqqında çox ümumi danışıram və Moreli
mühakimə edərkən izafi dərəcədə mənəviyyatcıl
davranıram. Lakin onun insanı ölümsüzləşdirmək
cəhdlərinə özü də bilmədən verdiyi istiqaməti al-
qışlayıram. O, hissləri qoruyub saxlamaqla kifayət-
lənmiş və səhvən həqiqəti demişdir: insan öz-özünə
meydana gəlir. Bütün bunlar mənim köhnə aksiomu-
mun doğruluğunu göstərir – bütün bədəni salamat
saxlamağa çalışmaq lazım deyil.

Məntiq baxımından düşünəndə görürük ki, Morel
haqsızdır. Surətlər yaşamır. Buna baxmayaraq, mənə

104
   99   100   101   102   103   104   105   106   107   108   109