Page 107 - "Morelin ixtirası"
P. 107
Morelin ixtirası
almadım; stolun altında onların ayaqlarının hərəkə-
tindən tutmuş, baxışlarına qədər hər bir şeyə eyni
ciddiliklə nəzarət edirdim.
Bir dəfə axşam yemək otağında, başqa bir vaxt
vestibüldə stolun altında ayaqları bir-birinə toxunur.
Onların qəsdən belə davrandığını iddia etdiyimiz
kimi, bunun diqqətsizlikdən, yaxud təsadüfdən baş
verdiyini də deyə bilərik.
Bir də deyirəm: Faustinenin Moreli sevdiyinə
dair heç bir qəti sübut yoxdur. Yəqin ki, bu şübhələrin
kökü mənim eqoistliyimə söykənir. Mən Faustineni
sevirəm; o, mənim həyatımın aparıcı qüvvəsidir;
onun başqasını sevməsindən qorxuram; bunun doğru
olub-olmadığını hadisələrin gedişatı göstərəcək.
Polislərin məni təqib etməyindən qorxanda bu adada
surətlər şahmat fiqurları kimi planla hərəkət edir və
məni yaxalamağa çalışırdılar.
***
Mən Morelin ixtirasını dünyaya elan etsəm, o,
çox qəzəblənər. Bu, dəqiqdir və inanmıram ki, Morelin
ünvanına deyiləcək hər hansı bir tərif bunun qarşısını
alsın. Dostları da eyni dərəcədə hirslənər və onun
tərəfini tutarlar (Faustine də həmçinin). Hərçənd
çıxış zamanı Faustine digərləri ilə birlikdə gülmürdü
və əgər Morelə acıqlanıbsa, bəlkə də, məni dəstək-
ləyər.
Digər bir ehtimal var: Morel ölüb. Belə olan hal-
da dostlarından kimsə onun ixtirası barədə artıq mə-
lumat yaymış olardı. Əgər yaymayıbsa, onda güman
107