Page 111 - "Morelin ixtirası"
P. 111
Morelin ixtirası
Əvvəllər düşünməzdim ki, hansısa hərəkət mənə
düşərli olar, ya olmaz. İndi isə gecələr Faustinenin
adını öz-özümə təkrarlayıram. Təbii ki, bunu eləmək-
dən xoşum gəlir; amma daha çox yorğun və taqətsiz
olanda bu adı təkrar-təkrar çağırıram (bəzən yuxuya
gedəndə başım gicəllənir və özümü xəstə kimi hiss
edirəm).
Bir az özümə gəlim, buradan çıxmağın bir yolunu
tapacağam. Hələlik isə başıma gələnləri götür-qoy
edir və fikirlərimi nizama salıram. Mən ölsəm, bu
yazdıqlarım çəkdiyim əzablar barədə xəbər verəcək.
Dünən surətlər görünmədi. Cihazlar istirahət
edirdi, mən isə nigaran halda Faustineni bir daha
görməyəcəyimi hiss edib əzab çəkirdim. Lakin bu
gün səhər qabarma gəlirdi. Surətlər peyda olmamış
cihazlara baxmaq üçün zirzəmiyə yollandım; onların
işləmə mexanizmini öyrənmək istəyirdim (dalğaların
iradəsindən asılı olmamaq və nə isə düz işləməsə,
düzəldə bilmək üçün). Fikirləşirdim ki, cihazların işə
düşdüyü məqamı görə bilsəm, bəlkə də, onların
necə çalışdığını anlayar, ya da heç olmasa öyrənmək
məqsədi ilə özüm üçün bir istiqamət götürərəm. Bu
istəyim baş tutmadı.
Divarda əvvəl açdığım deşikdən içəri girdim və...
Çox həyəcanlıyam. Cümlələri düzgün qurmalıyam.
İçəri girəndə ilk dəfə keçirdiyim təəccüb və fərəh
hisslərini yenidən keçirdim. Mənə elə gəldi ki, hərə-
kətsiz, mavi bir çayın üzərindəyəm. Arxam, açdığım
deşiyə tərəf oturub (mavi farforun ardıcıllığının bu
şəkildə pozulması pisimə gəlirdi) gözləməyə başladım.
111