Page 110 - "Morelin ixtirası"
P. 110
lfo Bio Kasares
tapa biləcəyim yerə doğru aparan uzun və çətin bir
yoldayam.
Bəs yaxşı, Faustine harada yaşayır? Neçə həftədir
ki, onu izləyirəm; Kanada barədə danışır. Başqa heç
nə bilmirəm. Lakin daha dəhşətli bir sual var: Faus-
tine, ümumiyyətlə, sağdırmı?
Yəqin ki, harada yaşadığını, heç sağ olub-olma-
dığını bilmədiyim bir qadını axtarmaq ideyası mənə
o qədər poetik və ürəkparçalayan gəlir ki, buna
görə Faustineni canımdan da çox istəyirəm.
Yola çıxmağım mümkündürmü? Qayıq yararsız
hala düşüb. Ağaclar çürüyüb. Başqa növ taxta par-
çalarından (məsələn, stullar, qapılar; heç ağaclardan
da bunu bacaracağımdan əmin deyiləm) qayıq
düzəldə biləcək qədər də yaxşı dülgər deyiləm.
Gərək gözləyəm ki, bir gəmi keçsin. Bunu heç vaxt
istəməmişəm. Belə olan halda mənim qayıdışım
gizli qalmaz. Buradan heç vaxt gəmi keçdiyini gör-
məmişəm; əlbəttə, Morelin gəmisini, ya da onun
xəyalətini saya almasaq.
Bütün bunlardan əlavə, əgər səfərim baş tutsa
və Faustineni tapsam da, onunla görüş həyatımın
ən çətin anlarından biri olacaq. Ona gizlin yaxınlaşmalı
və mənimlə təklikdə danışmasını xahiş etməliyəm;
tanımadığı insan tərəfindən belə bir istək, öz-
özlüyündə onda şübhə yaradacaq. Daha sonra, onun
həyatına müşahidə etdiyimi biləndə elə hesab edəcək
ki, nə isə pis niyyətim var; ömürlük həbs cəzasına
məhkum olunduğumdan xəbər tutanda da şübhələri
öz təsdiqini tapacaq.
110