Page 105 - "Morelin ixtirası"
P. 105
Morelin ixtirası
elə gəlir ki, əlimizdə bu aparat olduğuna görə,
surətlərin hiss etmək və düşünmək qabiliyyətinin
olub-olmadığını öyrənmək üçün başqa bir aparat
da icad etmək olar (yaxud ən azı çəkiliş zamanı
sahib olduqları düşüncə və hisslərin nümayiş zamanı
yerində qalıb-qalmadığını öyrənmək olar; əlbəttə
ki, onların şüurlarının bu düşüncə və hisslərlə
əlaqəsini bilmək mümkün olmayacaq). İndikinə çox
bənzəyəcək aparat, ötürücünün fikir və hisslərinə
yönəlməlidir; Faustinedən istənilən məsafədə onun
nə düşündüyünü və görmə, eşitmə, toxunma, iybilmə
və dadbilmə baxımından nə hiss etdiyini öyrənə
bilərik.
Bir gün isə daha mükəmməl bir aparat yaradılacaq.
İnsanın yaşadığı dövrdə, ya da çəkiliş zamanı dü-
şündükləri və hiss etdikləri bir növ əlifba rolunu oy-
nayacaq; bunun sayəsində insan surəti hər şeyi an-
lamaqda davam edəcək (hərflərlə bütün sözləri başa
düşdüyümüz kimi). Beləcə, həyat ölümün anbarına
çevriləcək. Lakin, hətta onda da surət canlı olmayacaq;
mahiyyətcə yeni məfhumlar ona tanış gəlməyəcək.
O, yalnız düşünmüş və yaşamış olduqlarını və ya
onların sonrakı kombinasiyalarını tanıyacaq.
Zaman və məkan çərçivəsindən kənarda heç
nəyi dərk etməməyimiz, bəlkə də, onu göstərir ki,
bizim həyatımız bu aparat vasitəsi ilə əldə olunan
mövcudluqdan kəskin fərqlənməz.
Bu ixtira ilə Morelin zehnindən daha nəcib
zehinlər məşğul olduqları zaman insan özü üçün
105