Page 106 - "Morelin ixtirası"
P. 106
lfo Bio Kasares

sakit və xoş bir yer seçəcək, oraya öz sevdikləri ilə
gələcək və öz kiçik cənnətində daim yaşayacaq.

Səhnələr müxtəlif vaxtlarda çəkilirsə, eyni bir
bağ özündə çoxsaylı cənnətləri birləşdirəcək və bu
cənnətlərdə cəmiyyətlər bir-birini tanımadan,
toqquşmadan, paralel surətdə mövcud olacaq.
Təəssüf ki, onlar asan məhv ola bilən cənnətlər
olacaq, çünki surətlər insanları görə bilməyəcək, in-
sanlar da Maltyusa qulaq asmasalar, bir gün ən
balaca cənnət bağı boyda yerə belə ehtiyac duyacaqlar
və onun müdafiəsiz sakinlərini ya məhv edəcək, ya
da cihazları söndürüb bu sakinləri mövcud olmamağa
məhkum edəcəklər.

***
On yeddi gün ərzində onları güddüm. Eşq əhli
olan kimsə Morel ilə Faustinedən şübhələnməzdi.
Morelin öz çıxışında ondan danışdığını zənn
etmirəm (hərçənd çıxış vaxtı gülümsəməyən təkcə
o idi). Bununla belə, Morelin Faustineyə aşiq olduğunu
qəbul etsək də, Faustinenin də ona eyni hisslər
bəslədiyini necə iddia etmək olar?
Kimdənsə şübhələnmək istəsək, bunun üçün
həmişə fürsət tapılar. Bir axşam onlar qol-qola palma
ağacları ilə muzey arasında gəzişirlər. Bu dostyana
gəzintidə qəribə nə var ki?
“Ostinato rigore” devizimə sadiq qalaraq, güdmə
planlarımı o qədər dəqiqliklə həyata keçirdim ki,
öz-özümlə fəxr elədim; öz rahatlığımı qəti nəzərə

106
   101   102   103   104   105   106   107   108   109   110   111