Page 125 - "Morelin ixtirası"
P. 125
Morelin ixtirası
Elə bu səbəbdən pərdələri də tərpətmək ol-
murdu.
İşığı söndürən adam: Faustinenin otağı ilə üzbəüz
otağın işığını Morel söndürür. O, otağa girir və
çarpayının önündə bir anlıq dayanır. Oxucunun
yadındadırsa, yuxumda görürdüm ki, bütün bunları
Faustine edir. Morel ilə Faustineni səhv salmağım
pisimə gəlir.
Çarli. Natamam xəyalətlər: Əvvəlcə onları tapa
bilmirdim. İndi, deyəsən, lent yazılarını tapmışam,
amma onları qoşmuram; kefimi poza bilər və
vəziyyətimə uyğun olmaya bilər (gələcəkdə).
Bufetdə gördüyüm ispanlar: Morelin işçiləridir.
Yeraltı kamera. Güzgülü şirma: Morel demişdi
ki, bunlar optik və akustik sınaqlar üçündür.
Stoeverin oxuduğu fransızca şeirlər:
Аmе, te souvient-il, au fond du paradis,
de la gare d'Auteuil et des trains deja dis1.
Stoever yaşlı qadına deyirdi ki, bu misralar
Verleynə aiddir.
Zənnimcə, gündəliyimdə aydın olmayan məqam
qalmadı. Yazdıqlarım əsasında demək olar, hər şeyi
başa düşmək olar. Geridə qalan bölmələrdə təəccüblü
elə bir şey olmayacaq.
1Ruhum, xatırla, cənnətin dərinliyində,
Otöy vağzalını və qatarları (tərc.).
125