Page 130 - "Morelin ixtirası"
P. 130
lfo Bio Kasares

nimdəki ağrılara gəlincə, qəribəsi odur ki, sanki
ağrılarım artır, amma mən onları daha az hiss edirəm.

Morel ilə Faustinenin münasibətləri ilə bağlı ke-
çirdiyim cüzi və daimi narahatlıq bədənimin məhv
olmağından fikrimi yayındırır; bu, gözlənilməz və
faydalı bir təsir oldu.

Təəssüf ki, düşüncələrimin heç də hamısı bu
qədər faydalı deyil: şüuraltı olaraq hələ də ümid
edirəm ki, xəstəliyimi, əslində özüm özümə güclə
təlqin eləmişəm; cihazlar mənə xəsarət törətməyib;
Faustine sağdır və az sonra mən onu axtarmağa
gedəcəyəm; bir yerdə bu yalançı ölüm hallarına
güləcəyik; bərabər Venesuelaya gedəcəyik; başqa
Venesuelaya, çünki sən, ey Vətənim, mənim üçün
hazırda hökumət adamlarısan, kirayə götürülmüş
geyimdə olan, ölümcül atəş açan polislərsən, La
Guayra şosesində, tunellərdə, Marakay kağız fabrikin-
dəki aramsız təqibsən; amma yenə də səni sevirəm
və ölüm ayağında səni dəfələrlə salamlayıram; sən
həm də “Cojo Ilustrado” jurnalında keçirdiyimiz gün-
lərsən; budur, səhər saat səkkizdən doqquza qədər
Ordunyonun misralarını dinləyib, onun şeirlərindən
ilham almış bir qrup adam (aralarında da mən,
çaşqın, utancaq bir oğlan) 10 nömrəli üstüaçıq,
köhnə tramvayda Panteondan Roca Tarpeya kafesinə,
o coşqun ədəbi məktəbə gedirik. Sən, maniok unun-
dan hazırlanmış, təmiz, qalxan kimi iri çörəksən.
Sən, düzənliklərdə öküzləri, atları, pələngləri qabağına

130
   125   126   127   128   129   130   131   132   133   134   135