Page 131 - "Morelin ixtirası"
P. 131
Morelin ixtirası
qatıb aparan sel daşqınısan. Və sən, hindu pal-
taryuyanlar arasındakı Elisa, səni hər xatırlayanda
Faustineyə daha çox bənzədirəm; sən onlara demişdin
ki, məni Kolumbiyaya aparsınlar və biz hündür dağları
ən soyuq vaxtda aşmışdıq; soyuqdan ölməyim deyə,
hindular məni isti və tüklü fraylexon yarpaqlarına
bürümüşdülər; nə qədər ki Faustineni görə bilirəm,
səni unutmayacağam; və mən elə bilirdim ki, səni
sevmirəm; bizlər – Ordunyo və tələbələri – onu ələ
salmaq üçün gözlərimizi Tito Salasın “General Bolivar
Kolumbiya sərhədini keçir” adlı möhtəşəm rəsminə
zilləyirdik; amma etiraf edim ki, daha sonra orkestrin
“əsarətdən qurtulmuş, qanunlara hörmət edən,
şərəfli və ləyaqətli xalqa eşq olsun” ifası səslənəndə
vətənpərvərlik hisslərimi boğa bilmirdim, heç indi
də boğa bilmirəm.
Lakin mənim dəmir iradəm yekun rahatlığıma
xələl gətirə biləcək bu fikirləri durmadan pərən-
pərən salır.
Hələ də surətimi Faustinenin yanında görürəm.
Bu mənzərənin öz əməyimin məhsulu olduğunu
yada salmıram. Kənar bir adam bizim bir-birimizə
aşiq olduğumuza inanar. Bəlkə də, gözüm zəiflədiyinə
görə mənə belə görünür. Hər bir halda, arzuladığım
bu mənzərəyə nail olub ona tamaşa edə-edə ölmə-
yimlə təskinlik tapıram.
Hələ ki, ruhum surətimə keçməyib, yoxsa mən
artıq ölmüş olardım, daha Faustineyə baxa bilməzdim
131