Page 126 - "Morelin ixtirası"
P. 126
lfo Bio Kasares
Morelin davranışını başa düşməyə çalışıram. Faus-
tine ondan qaçırdı; buna görə də o, Faustine ilə
bərabər ölümsüzlüyə qovuşmaq üçün həmin bu
həftəni və dostlarının ölümünü təşkil elədi. Bununla
o, həyatın verdiyi imkanlardan imtina etməyini kom-
pensasiya etmiş olurdu. Morel düşündü ki, ölüm
onun dostlarına ziyan eləməz: qeyri-müəyyən müd-
dətlik bir həyat əvəzinə onlara sevimli dostları ilə
birlikdə ölümsüzlük bəxş etmiş olur. Eyni qaydada
Faustinenin həyatı haqqında da istədiyi kimi qərar
verdi.
Morelə qarşı qəzəb hissi duyuram, lakin bu hiss
özü məni düşünməyə vadar edir: bəlkə də, mən öz
mənfur niyyətlərimi Morelin ayağına yazıram. Fausti-
neyə aşiq olan mənəm. Onun üçün ölməyə və baş-
qalarını öldürməyə hazır olan mənəm; yırtıcı mən
elə özüməm. Bəlkə də, Morel öz çıxışında heç vaxt
Faustineni nəzərdə tutmurdu; bəlkə də, o, İreneyə,
Doraya, yaxud da yaşlı qadına aşiq idi.
Mən özümdə deyiləm və nə gəldi danışıram.
Morel bu qadınları vecinə də almırdı. O, əlçatmaz
Faustineni sevirdi. Buna görə də o, Faustineni də,
özünü də, bütün dostlarını da öldürdü və ölümsüzlüyü
ixtira eləmiş oldu!
Faustinenin gözəlliyi bu dəliliklərə, qurbanlara,
cinayətlərə layiqdir. Mən bunu ya qısqanclığım uc-
batından, ya da özümü müdafiə etmək və sevgi
hissindən uzaq tutmaq üçün təkzib edirdim.
İndi isə Morelin hərəkəti mənim gözümdə əsl
tərifəlayiq addımdır.
126