Page 128 - "Morelin ixtirası"
P. 128
lfo Bio Kasares
Özümü hazır hiss edən kimi sinxron hərəkət
qəbuledicilərini qoşdum. Yeddi gün lentə aldım.
Rolumu yaxşı ifa etdim. Məsələdən xəbəri olmayan
tamaşaçı səhnələrə sonradan qoşulduğumu hiss
eləməz. Əzmkar hazırlıq, on beş gün davam edən
tədqiqatlar və məşqlər sayəsində buna nail oldum.
Hər hərəkətimi yorulmaq bilmədən dəfələrlə təkrar
edirdim. Faustinenin dediklərini, onun suallarını və
cavablarını incələdim; çox vaxt onun danışığının
arasına öz cümlələrimi məharətlə qoyurdum; sanki
Faustine mənə cavab verirdi. Mən heç də həmişə
Faustinenin arxasınca gəzmirəm; onun hərəkətlərini
əzbərləmişəm və bəzən qabaqda gedirəm. İnanıram
ki, belə olanda, ağzını açmadan bir-birini başa düşən
ayrılmaz dostlar kimi görünürük.
Morelin surətindən qurtula bilmək ümidi ilə
uzun müddət həyəcan keçirdim. Bilirəm ki, boş
ümiddir. Lakin bu sətirləri yazanda da eyni ümidi və
həyəcanı özümdə hiss edirəm. Görüntülərin bir-
birinə bağlı olması da məni bezdirirdi (xüsusən də
Morel ilə Faustinenin). İndi isə vəziyyət dəyişib:
mən də bu dünyaya girmişəm və mənim surətimi
silmədən Faustinenin surətini silmək mümkün olmaz.
Həmçinin nə qədər qəribə görünsə də, bu səhnələrdə
Aynes, Dora, Alek, Stoever, İrene (hətta Morelin
özündən də) və digərlərindən asılı olmaq da məni
sevindirir.
128