Page 129 - "Morelin ixtirası"
P. 129
Morelin ixtirası
Lentləri dəyişdirdim: bundan sonra aparatlar
əbədi olaraq yeni həftəni göstərəcək.
İlk vaxtlar rol oynadığımı dərk eləmək məni təbii
olmağa qoymurdu; sonra bu hissin öhdəsindən
gəldim; əgər surət mən fikirləşdiyim kimi, lentə
alındığı günlərdəki düşüncə və əhvalını qoruyub
saxlayırsa, onda mən Faustineyə tamaşa etmək
ləzzəti ilə əbədi olaraq yaşayacağam.
Cidd-cəhdlə və yorulmadan ruhumu bütün na-
rahatlıqlardan azad elədim. Faustinenin davranışla-
rını təhlil etməməyə və kinimi unutmağa çalışdım.
Mükafat olaraq sakit bir əbədiyyət əldə etmiş ola-
cağam; hətta həftənin hər anında özümü canlı hiss
edə bilmişəm.
Faustine, Dora və Alekin otağa girdiyi gecə özümü
saxlaya bildim. Heç nəyi dəqiqləşdirməyə çalışmadım.
Hazırda bu məqamı aydınlaşdırmadığım üçün bir az
əsəbiləşirəm.
Ölmək prosesimi demək olar ki, hiss etmirəm;
hər şey sol əlimin əzələlərində başladı, sonra bütün
bədənimə yayıldı. Yanğı hissi o qədər asta və davamlı
artır ki, heç hiss eləmirəm.
Görmə qabiliyyətimi itirirəm. Toxunmaq hissim
də yararsız haldadır; dərim çürüyür; qarışıq və ağrılı
hisslər keçirdirəm, çalışıram onlara fikir verməyim.
Güzgülü şirmanın qabağına keçəndə gördüm ki,
saqqalım tökülüb, keçəl olmuşam, dırnaqlarım düşüb,
rəngim də sozalıb. Taqətim getdikcə azalır. Bədə-
129