Page 127 - "Morelin ixtirası"
P. 127
Morelin ixtirası

***
Həyatım elə də dəhşətli deyil. Faustineni axtarmaq
üçün yola düşmək ümidlərimi kənara qoysam, onu
burada daima görməkdən ibarət xoşbəxt taleyimə
öyrəşə bilərəm.
Qarşımdakı yol budur: ölməyə məhkum insanların
ən xoşbəxti olaraq yaşamaq.
Lakin insanlara xas hər şeydə olduğu kimi, mənim
bu xoşbəxtliyim də sabit deyil. Faustineni daim görə
bilməyim yarıda kəsilə bilər; bu haqda düşünmək
belə mənə dözülməz gəlir. Buna aşağıdakılar səbəb
ola bilər:
Cihazlarda yarana biləcək nasazlıq (onları təmir
edə bilməyəcəyəm);
Beynimdə bu gözəl həyatımı alt-üst edə biləcək
hansısa bir şübhənin meydana çıxması (etiraf etmə-
liyəm ki, Morel ilə Faustinenin bəzi söhbətləri və
jestləri, xarakteri nisbətən zəif olan adamı yanlış
fikirlərə salar);
Öz ölümüm.
Tapdığım çıxış yolunun əsas üstünlüyü ondan
ibarətdir ki, mən ölümü, Faustineni əbədiyyən
görməyin başlıca şərtinə və zəmanətinə çevirəcəyəm.

***
Faustinenin olmadığı bir dünyada ölümü gözləmək
üçün keçirəcəyim bitib-tükənməyən günlərdən,
Faustinesiz ölümdən xilas olundum.

127
   122   123   124   125   126   127   128   129   130   131   132