Page 99 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 99
Seçilmiş əsərləri
səbəbini soruşurdu. Deyirdi ki, bəs ona görə Çarlzın
həyatını boşa xərcləməsi fikrindən əzab çəkir. Çarlzın
cavabı bu olurdu ki, Culiya sevdiyi və ömrünün so-
nunacan sevəcəyi yeganə qadındı.
Culiya ah çəkib:
– Ah, bu nə dərddi belə, – deyirdi.
Bununla bərabər, Culiya həmişə pusqudaydı.
Görəndə ki, hansısa qadın Çarlzı qarmağına keçirmək
istəyir, bu işi pozmaq üçün əlindən gələni edirdi. Əgər
təhlükə daha da böyüyürdüsə, onda Culiya qısqanclıq
səhnələri qurmaqdan da çəkinmirdi. Əlbəttə, birbaşa da
olmasa, müəyyən incə işarələr və ayrı-ayrı ifadələr
vasitəsiylə onlar artıq çoxdan aralarında razılığa gəlmiş-
dilər. Çarlzın bu tərbiyəsinin, Culiyanın bu ürəyi-
yumşaqlığının müqabilində onlardan ancaq bunu
gözləmək olardı. Belə ki, əgər Mayklın başına bir iş gəl-
səydi, nə yolla olursa-olsun, ledi Çarlzdan canlarını qur-
tarıb əlaqələrini nigahla rəsmiləşdirəcəkdilər. Amma
Mayklın sağlamlığı ideal idi.
Həmin gün Culiya Hill-Stritdəki lançdan xeyli həzz
aldı. Böyük qəbul təşkil olunmuşdu. Culiya heç vaxt
Çarlzın orada-burada təsadüfən görüşdüyü aktyor və
dramaturq tayfasını öz evinə dəvət etmək istəyinə qarşı
çıxmırdı. Və bu gün Culiya qonaqlar arasında öz zəh-
məti hesabına yaşayan yeganə adam idi. Culiya onun
başını qatmaqdan ötrü dəridən-qabıqdan çıxan Nazirlər
Kabinetinin kök, keçəl, çərənçi üzvüylə balaca at təlim-
çisinə oxşayan və fransız şərabını istənilən fransızdan
yaxşı tanımasıyla fəxr edən gənc hersoq Uestrinin ara-
sında əyləşmişdi. Culiyanın fransızca bildiyini eşidəndə
tələb etdi ki, onunla yalnız bu dildə danışsın. Lançdan
sonra dilə tutdular ki, “Komedi Fransez” də olduğu kimi
“Fedra”dan bir parça nümayiş eləsin. Özü də, elə bir
tərzdə ki, bu parçanı, sanki, ifa edən dramatik sənətlər
üzrə Kral Akademiyasında təhsil alan bir ingilis tələbədi.
99