Page 98 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 98
yam Somerset Moem

mədiyini görəndə Culiya üçün xeyli çətin oldu. Özünün
bütün bacarığını köməyə çağırmalı oldu. Əlbəttə, Culiya
heç bir vicdan əzabı çəkmədən çox asanlıqla onun
məşuqəsi ola bilərdi. Deyək ki, əgər Culiyanı bu cür çox-
dan və güclü sevən kəs hansısa bir aktyor olsaydı o,
sadəcə, dostluq hissləri xatirinə onunla yatağa girərdi.
Amma Çarlzla bu, mümkün deyildi. Doğrudur, Culiya
ona böyük hisslər bəsləyirdi. Amma o, o qədər alicənab,
tərbiyyəli, mədəni bir insan idi ki, Culiya, sadəcə, onu
məşuq qismində təsəvvür eləyə bilmirdi. Elə bil, “object
dart”la1 yatağa girmisən. Hətta onun teatra məhəbbəti
Culiyada yüngül kinayə doğururdu. Bir tərəfdən baxan-
da, Culiya yaradıcı, Çarlz olsa-olsa adi bir tamaşaçı idi.
Çarlz istəyirdi ki, Culiya Mayklı atıb onun yanına gəlsin.
Bu zaman onlar Neapolitan körfəzinin sahilində, Sorren-
toda iri bağ-bağatı olan bir malikanə və yelkənli gəmi
alıb günlərini o gözəl, tünd-qızılı dənizdə keçirərdilər.
Tərki-dünyalıqda yaşanan məhəbbət, gözəllik və sənət.

“Axmaq adam! Elə bilir ki, mən hansısa dəlmə-
deşikdə özümü basdırmaq üçün bu boyda karyeramdan
imtina eləyəcəm”.

Culiya ürəyində belə fikirləşdi.
O, Çarlzı inandıra bildi ki, bəs çox şeylərə görə
Maykla borcludur, üstəlik, uşağı da var. Axı o, imkan
verə bilməz ki, övladının gənc həyatı anasını pis qadın
olması fikriylə korlansın. Portağal ağaclarının əhatə-
sində olmaq, əlbəttə, gözəldi, amma Mayklı bədbəxt
etməsi və övladını yad adamların ümidinə qoyması fikri
ona həmin o gözəl malikanədə bir dəqiqə də can rahat-
lığı verməyəcək. Gərək ancaq özünü fikirləşməyəsən, elə
deyil? Başqalarını da fikirləşməlisən. Culiya elə gözəl,
elə təravətliydi ki. Əsl qadın! Hərdən Çarlzdan, boşanıb
ürəyəyatımlı qızlardan biriylə niyə evlənməməyinin

1 object dart – incəsənət predmeti (fran.)

98
   93   94   95   96   97   98   99   100   101   102   103