Page 93 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 93
Seçilmiş əsərləri
Çarlz incə sənətlərin hamısının xiridarı idi. O, müasir
rəsm əsərlərini də, qədim mebel dəstlərini də alıb yı-
ğırdı. O, musiqini çox sevirdi və eyni zamanda həddən
ziyadə mütaliəli idi. İlk vaxtlar iki gənc aktyorun Bekin-
hem-pleysrouddakı darısqal mənzilinə gəlmək ondan
ötrü məzə almaqdan özgə bir şey deyildi. Onların kasıb
olduğunu görürdü və sadəlövhcəsinə əsl bohema zənn
etdiyi bu ər-arvadla tanışlıq onun əsəblərinə xoş bir
rahatlıq gətirirdi. Onlarla bir neçə dəfə görüşdü. Bir gün
onu lança dəvət etdilər və bu, əsl macəra oldu. Yeməyi
süfrəyə bu evin qulluqçusu olan Evi adlı əyni formalı bir
müqəvva verirdi. Lord Çarlz gözə girən gözəlliyinə bax-
mayaraq, onda kifayət qədər adi bir gənc təəssüratı oya-
dan Maykla xüsusi diqqət ayırmırdı, amma Culiya onu
valeh etmişdi. O, Culiyada həyatı boyu heç bir qadında
görmədiyi hərarət, xarakter və aşıb-daşan enerji gör-
müşdü. Lord Çarlz Culiyaya baxmaq üçün dəfələrlə
teatra gedib onun oyununu bir vaxtlar gördüyü
dünyanın böyük aktrisalarının ifalarıyla müqayisə
edirdi. Ona elə gəlirdi ki, Culiyada çox qabarıq mənəm-
mənəmlik var. Onun cazibəsinə söz ola bilməzdi və
onun necə istedadlı olduğunu qəflətən dərk eləyəndə
qürur hissindən ürəyi əsdi.
“İkinci Siddons”, ola bilsin, Ellen Terridən1 də
üstündü.
O vaxtlar Culiya günorta yatmağı qəti yaxın
buraxmazdı. At kimiydi, yorulmaq nədi bilməzdi, tez-
tez lord Çarlzla parkda gəzişərdi. Culiya hiss edirdi ki,
Çarlz onun simasında təbiətin doğma övladını görmək
istəyir. Bu elə Culiyanın boyuna biçilmişdi. Səmimi, açıq,
qız kimi heyranedici görünmək üçün ona əziyyət
çəkmək lazım deyildi. Çarlz onu özüylə Milli qale-
reyaya, Teyt muzeyinə2, Britaniya muzeyinə aparır və
1 Ellen Alisiya Terri (1848-1928) – ingilis aktrisası
2 Teyt muzeyi – Londonda klassik və müasir təsviri sənət muzeyi
93