Page 97 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 97
Seçilmiş əsərləri

Culiya göz yaşlarında yuyunan üzünü (“İlahi, gör
bir nə sifətdəyəm!”) çevirib dodaqlarını ona uzatdı. Lord
bu dodaqları nəvazişlə öpdü. Bu öpüş ilk və yeganəydi.

Culiya göz yaşlarından islanmış səsiylə:
– Mən sizi itirmək istəmirəm, – dedi.
– Sevimlim! Sevimlim mənim!
– Hər şey əvvəlki kimi olacaq?
– Eyniylə.
Culiya dərindən və rahatlıqla köks ötürüb iki
dəqiqə onun ağuşunda qaldı. Lord Çarlz gedəndən
sonra kreslodan qalxıb güzgüyə baxdı. Öz-özünə müra-
ciətlə: “Ay səni, itin qızı”, – dedi. Dərhal da gülümsədi.
Elə bil, burada utanmalı heç nə yox idi. Üz-gözünü
yumaq üçün vanna otağına keçdi. Çox yüksək əhvali-
ruhiyyədə idi. Mayklın gəldiyini eşidib çağırdı:
– Maykl, gəl gör Çarlz indicə mənə nə miniatür
hədiyyə elədi. Sobanın rəfindədir. Əsl daş-qaşdı, yoxsa
saxtadı?
Ledi Çarlz ərindən ayrılandan sonra Culiya bir
qədər narahat oldu. O, boşanmaq üçün ərini məhkə-
məyə verəcəyiylə hədələyirdi və Culiyaya şahid
qismində elə yerlərdə peyda olmaq o qədər də xoş de-
yildi. İki-üç həftə əməlli-başlı əsəb keçirdi. Qərara aldı
ki, son həddə qədər Maykla bu barədə nəsə deməsin.
Şükür ki, sonradan məlum oldu, bəs demə, ledi Çarlzın
hədələri yalnız bir məqsəd güdürmüş. Heç bir təqsiri ol-
mayan ərini ona samballı məbləğdə aylıq kəsməyə
məcbur etmək. Culiya Çarlzı heyrətamiz bir çevikliklə
idarə eləyirdi. Hər ikisinə sözsüz də aydın idi ki,
Culiyanın Maykla bu məhəbbətinə görə, hansısa intim
əlaqələrdən söhbət belə gedə bilməz, amma qalan hər
şeydə Çarlz ondan ötrü hər şey idi: dost, məsləhətçi,
tərəfdaş, lazım olan məqamda köməyinə bel bağlaya,
istənilən ağır vəziyyətlərdə onu ovundura biləcək adam.
Çarlz özünəməxsus hissiyyatla onun daha Mayklı sev-

97
   92   93   94   95   96   97   98   99   100   101   102