Page 92 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 92
yam Somerset Moem

– O missis Lembert, elə bilirəm, sizin atanızı tanı-
yırdım. Mən də Cersidənəm. O, həkim idi, deyilmi? Tez-
tez bizə gələrdi.

Culiyanın damarında qanı dondu. Ledi Çarlzın qız-
lıq vaxtı kimlərdən olduğu indi yadına düşdü. Culiya ona
qurulan tələni başa düşüb gülməkdən uğunub getdi.

– Heç də həkim deyildi. O, baytar idi. Sizə də
qancıqlarınızın doğuşu zamanı gəlirdi ki, onların küçük-
lərini tutsun. Sizin evinizdə it əlindən tərpənmək olmur-
du.

Ledi Çarlz bir müddət nə deyəcəyini bilmədi.
Nəhayət, dilləndi:

– Hə, mənim anam itləri yaman çox sevirdi.
Culiya Mayklın qəbulda olmamağına sevindi.
Zavallı quzuciyəz, bu, onun qüruruna toxunardı. O,
həmişə Culiyanın atasının adını fransızsayağı “Lamber
həkim” kimi çəkirdi. Müharibədən az sonra o kişi
öləndən və Culiyanın anası Sen-Maloya, bacısının ya-
nına köçəndən sonra da qaynanasını “Madam de Lam-
ber” kimi çağırmağa başladı. Karyerasının ilkin
dövrlərində belə şeylərdən az-çox təsirlənirdi, amma
indi, artıq ayaq üstə durandan, özünü böyük aktrisa
kimi təsdiqləyəndən sonra Culiya olanlara başqa gözlə
baxırdı. O, adi bir baytar qızı olduğunu, xüsusən, “dün-
yanın yiyələri” arasında qeyd etməyi özünə şərəf bilirdi.
Səbəbini izah eləyə bilməsə də, nəsə ona elə gəlirdi ki,
bununla həmin adamları yerlərində otuzdurur.
Çarlz Temerli arvadının bilərəkdən gənc aktrisanı
alçaltmaq istədiyini duyub, onun könlünü almaq üçün
dəridən-qabıqdan çıxdı. Onu görmək üçün icazə alıb
görüşünə gözəl güllərlə yollandı.
O vaxt onun, təxminən, qırx yaşı olardı. Biçimli
bədənini balaca başı tamamlayırdı. Çöhrəsi elə gözəl ol-
masa da, kübar cizgilərdən xali deyildi. O, həddən ziya-
də tərbiyəli insan təsiri bağışlayırdı ki, bu da həqiqətə
uyğun idi. Və nəzakətli davranışıyla fərqlənirdi. Lord

92
   87   88   89   90   91   92   93   94   95   96   97