Page 89 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 89
Seçilmiş əsərləri
– Bir funtdan ucuz olmaz. Tevistok-skver elə də
təmtəraqlı səslənmir. Qorx ki, o gülü almaq üçün bir
həftə yeməksiz qalıb.
– Elə düşünmürəm.
Culiya üzünü qrimlədi.
– Səndə romantikadan əsər-əlamət yoxdu, Evi. Əgər
xorda oxumuramsa, mənə nədən gül dəstələri göndəril-
diyinin səbəbi sənə çatmır, hə? Amma Yaradan özü də
görür ki, mənim ayaqlarım o qızcığazların çoxunun
ayağından yaxşıdı.
Evi:
– Ayaqlarınız özünüzə qalsın.
– Amma sənə deyəcəm ki, bu yaşda gül dəstələri al-
maq heç də pis deyil. Deməli, qiymətim hələ üstüm-
dədir.
Evi:
– Əgər sizi bu görkəmdə görsəydi, bir quru yarpaq
da göndərməzdi.
– Cəhənnəm ol!
Culiya qrimlənib qurtardı və Evi uzunboğaz
corabları və tufliləri onun ayağına geyindirdi. Culiya qa-
lan bir neçə dəqiqəsindən istifadə edib öz aydın xəttiylə
Tomas Fennelə gözəl güllərinə görə təşəkkür məktubu
yazmaq üçün yazı stolunun arxasına keçdi. Culiya təbi-
ətən nəcib insan idi və həm də onun istedadına pərəstiş
edənlərin hamısının məktubuna cavab verməyə adət et-
mişdi. Bu yolla o, tamaşaçıyla əlaqə qururdu. Culiya təzə
zərfinin üstünü yazıb özünə göndəriləni zibil səbətinə
atdı və birinci akt üçün nəzərdə tutulan kostyumu ge-
yinməyə başladı. Aktyorları səhnəyə çağıran oğlan
qapını döydü.
– Çıxışa, zəhmət olmasa.
Kim bilir, neçənci dəfə eşitsə də, bu sözlər hələ də
Culiyanı dərindən həyəcanlandırırdı. Bu sözlər yağ kimi
canına yayılırdı. Həyat məna alırdı. Culiya qurama
aləmdən gerçək aləmə keçid edirdi.
89