Page 84 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 84
yam Somerset Moem

gözəl olmasını deməsi kifayət idi ki, ona elə gəlsin, rola
uyğun axtardıqları adam elə həmin aktrisadı. Culiyaya
məlum olduğu qədərində uzun illər boyu Mayklın
qadınlarla eşq macəraları olmamışdı, amma yaşı qırx
beşə adlayanda yüngül macəralara başladı. Culiya gü-
man edirdi ki, onlar ciddi nəyəsə gətirməyiblər. O,
ehtiyatlıydı və əslində, istəyi yalnız bir şey idi. Onunla
qürur duysunlar. Culiya eşidirdi ki, xanımlar həddən
artıq inadkarlıq eləyəndə Maykl onlardan canını qurtar-
maq üçün arvadından bəhanə kimi istifadə edir. Ya o,
Culiyanın öz hisslərində təhqir olunmaması, ya da onun
nəsə şübhələnə biləcəyi və qarşısında qısqanclıq səhnəsi
qura biləcəyi üçün risq eləməyə ehtiyatlanırdı. Bu biri
olmasa, o birində nəsə olacaqdı. Amma “onların dost-
luğu burada bitsə, yaxşıdı”.

Culiya boş otağa üzünü tutub:
– Axı onda nə görüblər? – deyirdi.
Əlinə keçən son on fotosuna bircə-bircə baxıb çiy-
nini çəkdi:
– Onları günahlandırmaq mənə qalmayıb. Elə mən
də ona vurulmuşdum. Əlbəttə, onda o, gözəl idi.
Culiya bir vaxtlar onu necə də sevməsini xatırlayıb
kədərləndi. Culiyaya elə gəldi ki, həyat onu aldadıb.
Çünki məhəbbəti daha ölmüşdü. Dərindən ah çəkib:
– Belim necə də ağrıyır, – dedi.

ONUNCU HİSSƏ

Qapı döyüldü. Culiya:
– İçəri keçin, – dedi.
Evi idi.
– Miss Lembert, uzanıb dincəlməyəcəksiniz?
Evi baxıb gördü ki, Culiya yan-yörəsində qalaq-
qalaq fotolar yerdə oturub.
– Siz nə eləyirsiniz belə?

84
   79   80   81   82   83   84   85   86   87   88   89