Page 85 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 85
Seçilmiş əsərləri
Culiya iki fotonu yerdən götürüb:
– Yuxulara baxıram, – dedi. – “Bura nəzər sal, bu iki
təsviri al”1.
Fotolardan birində Maykl Merkuçionun qiyafəsin-
dəydi: gəncliyindən boylanan gözəlliyi göz qamaşdı-
rırdı, o birində son rolundaydı: ağ silindr, rəsmi görüşlər
üçün xüsusi biçimli sürtük, çiynindən asdığı səhra bi-
noklu. Özündən razı duruşu göz çıxarırdı.
Evi burnunu çəkdi.
– Hə, gedəni qaytarmaq olmaz.
– Keçmişi xatırladım. İndi məndə dəhşətli bir xiffət
əmələ gəlib.
– Belə də olmalıdır. Çünki əgər keçmişi fikirləşir-
sənsə, deməli gələcəyin daha yoxdu.
Culiya:
– Mumla, qoca camış, – dedi.
O, belə kobud da ola bilirdi.
– Di bəsdi, gedək, yoxsa axşam tamam yararsız hal-
da olarsınız. Bu tör-töküntünü mən özüm yığaram.
Culiya həm qulluqçusu, həm də dərzisi Eviylə
Middlpuldan, bir yerdəndi. Oradan doğma Londona da
birlikdə gəldilər. O, kokniydi2. Bədəncə kök, əyri, şiş si-
fətli və yuyulmağa ehtiyacı olan sarı, əbədi dağınıqsaçlı
bu yaşlı qadının, üstəlik, qabaqdan iki dişi də yox idi.
Təzə diş saldırması üçün Culiyanın ona etdiyi təkidli
təkliflərə baxmayaraq, Evi razı olmurdu.
– O qədər ki mən yeyirəm, hələ bu diş də artıqdı,
ağzımı dolduranda, hələ desən, fil xortumu kimi mane
olacaq.
Maykl çoxdan istəyirdi ki, Culiya zahiri görünüşü
onların cəmiyyətdəki mövqeyinə uyğun gələn birisini
özünə qulluqçu götürsün və ona görə də Evini inandır-
1 Uilyam Şekspir, “Hamlet”
2 Kokni – koknilərin danışıq tərzi yanlış, qeyri-ədəbi tələffüz və qrammatik
səhvləri ilə fərqlənir.
85