Page 83 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 83
Seçilmiş əsərləri
damın altda yaşamağın necəliyini ondan başqa heç kim
təsəvvür eləyə bilməz. Qolfda qələbə qazandığı zaman,
yaxud hansısa sövdələşmədən üstün çıxanda onun
özündən razı görkəm alması Culiyanı tamam özündən
çıxarırdı. Maykl bu fərasətindən həzz alırdı. Lap adamı
səbirdən çıxarırdı. O, həmişə hər şeyi Culiyaya danışırdı,
ağlına gələn fikirləri onunla bölüşürdü. Onunla bir
yerdə olmaqdan hədsiz məmnunluq duyduğu həmin o
vaxtlarda bu, Culiyaya çox xoş gəlirdi, amma artıq uzun
illər idi ki, Mayklın bu nasiranəliyi ondan ötrü dözülməz
idi. Maykl danışdığı hər şeyi xırdalıqlarına qədər təsvir
eləyirdi. Və o təkcə özünün fərasətiylə yox, yaşa dol-
duqca həm də ağlasığmaz dərəcədə öz zahiri görkəmiylə
öyünürdü. Cavanlıqda gözəlliyi Maykla təbii bir şey
kimi görünürdü, indi isə zahirinə xeyli diqqət ayırmağa
başlamışdı. Və olub-qalanını qoruyub saxlamaq yolunda
canını fəda eləmişdi. Bu, onda özünətəlqin ideyası
aşılamışdı. Öz bədən quruluşunu həddən ziyadə qoru-
yurdu: çəkisinə təhlükə yaradan bir tikəni də ağzına
aparmırdı, pəhrizi bir an belə yaddan çıxarmırdı. Ona
elə gələndə ki, keçəlləşir, dərhal bu sahənin səriştəli
həkiminə müraciət etdi. Culiya şübhə etmirdi ki, əgər
gizli saxlaya bilsəydi, o, dərisini dartdırmaq üçün plastik
cərrahiyyə də razı olardı. O, boynundakı qırışlar elə də
aydın görünməsin deyə, oturanda buxağını bir qədər
qaldırmağa adət eləmişdi və qarnının sallanmaması
üçün təbiilikdən çıxan tərzdə dik dayanırdı. O, bir
güzgünün də qabağından ona nəzər yetirmədən keç-
məzdi. O, hər yolla kompliment almaq istəyirdi və arzu-
ladığına çatanda məmnun qalırdı. Ac saxla, amma de ki,
necə də yaraşıqlısan. Culiya fikirləşəndə ki, Mayklı buna
özü öyrəşdirib, acı-acı gülürdü. Uzun illər ona necə gö-
zəl olduğunu təlqin eləmişdi və o da indi tərifsiz yaşaya
bilmirdi. Bu onun Axilles dabanıydı. Hansısa bir işsiz
aktrisanın Mayklın gözlərinin içinə onun inanılmaz
83