Page 82 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 82
yam Somerset Moem

aksiyalarını sərfəli qiymətə sata biləndə, sanki bu işi özü
üçün görürmüş kimi, işindən razı qalırdı. O, Culiyaya
çox böyük maaş təyin etmişdi və fəxrlə bəyan edirdi ki,
o, Londonun ən bahalı aktrisasıdı. Amma özü oyna-
yanda gəldiyi şəxsi qənaətə görə, rolunun layiq olduğu
pul nə qədər idisə ondan artığını yazmazdı. Pyesi səh-
nəyə qoyanda isə özünə ikinci dərəcəli rejissora verə-
cəkləri həcmdə qonarar yazardı və onu da teatrın xərclər
hissəsinə aid eləyərdi. Ev pulunu və Rocerin təhsil haq-
qını yarı-yarıya ödəyirdilər. Anadan olandan bir həftə
sonra Rocerin adını İtona1 yazdırmışdılar. Mayklın xəs-
təhalcasına vicdanlı və ədalətli olduğunu inkar etmək
mümkün deyildi. Maykldan nə qədər varlı olduğu ona
aydın olanda Culiya bütün xərcləri öz üzərinə götürmək
istədi.

Maykl:
– Bunun üçün heç bir əsas görmürəm, – dedi. – Nə
qədər ki, öz payımı verə bilirəm, mənlə işin olmasın. Sən
özün baha olduğuna görə, qiymətin də bahadı. Mən
sənə bu pulu qara qaşına yox, işinə görə verirəm.
Bu özündən imtinası, özünü bütünlüklə Culiyaya
qurban verməsinə görə Mayklla ancaq qürurlanmaq
olardı. Əvvəllər özüylə bağlı şəxsi maraq güdən planları
olsa da, Culiyanın karyerasını hamarlamaq naminə on-
lardan imtina etdi, hətta Mayklı sevməyən Dolli də onun
bu xoşniyyətliliyini etiraf edirdi. Hansısa aydın olmayan
bir hiss Culiyanı, Dolliylə Maykl barədə pis danışmağa
qoymurdu. Amma özünün yerin alıtını da, üstünü də
bilən ağlıyla Dolli Mayklın öz arvadında necə ikrah
doğurduğnu çoxdan sezmişdi və ərinin Culiya üçün nə
qədər gərəkli olduğunu vaxtaşırı o qadına xatırlatmağı
özünə borc bilirdi. Hamı onu tərifləyirdi. İdeal ər.
Culiyaya elə gəlirdi ki, belə dəhşətli şöhrətpərəst ərlə bir

1 İton – zadəgan övladlarının oxuduğu ingilis məktəbi

82
   77   78   79   80   81   82   83   84   85   86   87