Page 86 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 86
yam Somerset Moem

mağa cəhd eləyirdi ki, bəs iki vəzifənin öhdəsindən gəl-
mək ondan ötrü çətindi. Amma Evi onu eşitmək istə-
mirdi.

– Nə istəsəz, deyə bilərsiniz, mister Qosselin, amma
nə qədər ki canımda və qolumda təpər var, miss Lem-
bertin qulluğunda özüm duracam.

– Hamımız yaşlaşırıq, Evi, daha bizə cavan demək
olmaz.

Evi burnunu çəkib suyunu barmağıyla sildi.
– Hələ ki miss Lembert kifayət qədər gəncdi.
Teatrda onu geyindirib-keçindirmək, evdə qulluğunda
dayanmaq üçün heç mən də bir elə qoca deyiləm.
Evi sınayıcı nəzərlərlə onu süzüb davamını gətirdi:
– Bir də ki, bütün işləri görən birisi varsa, niyə axı
siz iki məvacib ödəmək istəyirsiniz?
Maykl ürəkdən güldü:
– Evi, əzizim, deməli burada nəsə bir şey var.
...Evi Culiyanı otaqdan çıxarıb yuxarı qovdu.
Günorta tamaşası olmayanda Culiya, adətən, axşam
tamaşası öncəsi iki saat yatıb dincəlirdi və sonra yüngül
masaj elətdirirdi. Culiya indi də soyunub yatağa girdi.
– Lənət şeytana, qızdırıcı tamam soyuyub.
Culiya sobanın üstündəki saata baxdı. Təəccüblü bir
şey yoxdu, isidici onu az qala bir saat gözləmişdi. Foto-
lara baxa-baxa keçmiş xatirələrə dalıb Mayklın otağında
bu qədər qalması özünə də qəribə gəldi.
“Qırx altı. Qırx altı. Qırx altı. Mən səhnədən altmış
yaşımda gedəcəm. Əlli səkkizimdə Cənubi Afrika və
Avstraliya boyu turne... Maykl deyirdi ki, orada cibimi
kefim istəyən qədər doldura bilərəm. Bütün köhnə
rollarımı oynayaram. Əlbəttə, hətta altmışda da mən
qırxbeşyaşlını oynaya bilərəm. Amma o pyesi haradan
alım? Lənətə gəlmiş dramaturqlar!”
Qırxbeş yaşlı qadın üçün hansı pyesdə uyğun rol
olduğunu yadına sala-sala Culiya yuxuya getdi. Masajçı

86
   81   82   83   84   85   86   87   88   89   90   91