Page 91 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 91
Seçilmiş əsərləri

bilsəydilər, nə düşünərdilər?! Culiya onlara, sadəcə, kos-
metikadan necə düzgün istifadə etmək barədə
məsləhətlər və öz libaslarına oxşarını tikdirmələri üçün
eskizlər verirdi. Culiya həmişə çox gözəl geyinirdi.
Sadəlövhcəsinə Culiyanın öz əyin-başını qəpik-quruşa
aldığını zənn edən Mayklın, əslində, onun o paltara
nələr xərclədiyi təsəvvürünə belə gəlməzdi.

Culiya özünün hər iki dünyasında xeyirxah, ciddi
qadın kimi qəbul olunurdu. Hamı Mayklla onun
nigahını nümunəvi hesab edirdi. Bu nikah, az qala, ər-
arvad sədaqətinin rəmzi idi. Bununla yanaşı, Çarlz Te-
merlinin ətrafındakılardan çoxu Culiyanın onun
məşuqəsi olduğuna əmin idi. Amma bu əlaqənin belə
uzun müddət davam etməsi onlarda belə qənaət yarat-
mışdı ki, Culiya ilə Çarlzın münasibətlərini kifayət qədər
mötəbər saymaq olar. Həftənin sonunda hər ikisini
hansısa şəhərətrafı evlərdən birinə dəvət eləyəndə ev
sahibələrindən çoxu iltifat göstərib onlara qonşu otaqlarda
yer ayırırdı. Onların münasibətləri haqda Çarlz Temer-
linin çoxdan ayrıldığı arvadı bir vaxtlar söz buraxmışdı,
amma, əslində, burada zərrə qədər də həqiqət yox idi.
Bu söhbətlərə əsas verən yeganə şey Çarlzın Culiyaya
artıq iyirmi ildən bəri davam edən dəli məhəbbəti idi.
Doğrusu, çoxdan bir-birləriylə yola getməsələr də,
Temerlilər onun ucbatından ayrılmışdılar. Qəribə də
olsa, Culiya ilə Çarlzı bir-birinə məhz onun xanımı ürcah
eləmişdi. Təsadüf elə gətirdi ki, onlar üçü də Dolli de
Frizin malikanəsinə toplaşdı. O vaxtlar hələ gənc aktrisa
olan Culiya Londonda ilk uğurunu qazanmışdı. Möh-
təşəm qəbul təşkil olunmuşdu və Culiya hamının diqqət
mərkəzindəydi. O vaxt yaşı otuzu ötmüş ledi Çarlz gözəl
sayılsa da, əslində, gözündən savayı başqa bir gözəl yeri
yox idi. Odur ki, ətrafdakılara olsa-olsa özünün qaba
orijinallığıyıla effektiv təsir göstərəcəyini zənn edərək,
çöhrəsinə nurani təbəssüm qondurub stolun bu başın-
dan o başına boylandı:

91
   86   87   88   89   90   91   92   93   94   95   96