Page 94 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 94
yam Somerset Moem

Culiya bundan gözlədiyi həzzi alırdı. Lord Temerli
bildiklərini paylaşmağı xoşlayırdı və Culiya da o payı
almağına şad idi. Culiyanın güclü yaddaşı var idi və
ondan çox şey əxz etdi. Sonralar ən seçmə dairələrdə
Prust1 və Sezann2 haqqında öz mülahizələrini irəli
sürəndə və hamını öz yüksək savadı ilə heyrətləndirən-
də o, buna görə, ilk növbədə, lord Çarlza borcluydu.
Culiya anlayırdı ki, lord özü də bilmədən ona vurulub.
Culiyaya bu, kifayət qədər gülməli görünürdü. Onun
nəzərincə, lord Çarlz yaşlı bir kişiydi və Culiya üçün
olsa-olsa mehriban bir qoca dayı idi. Culiyanın hələ
Mayklı dəlicəsinə sevdiyi vaxtlar idi. Onu sevdiyini
Çarlz özü də dərk eləyəndə Culiyaya qarşı davranışları
bir qədər dəyişdi, nəsə, elə bil, utancaq oldu, onunla
təklikdə qalanda daha çox susmağa üstünlük verdi.

Culiya ürəyində deyirdi: “Zavallı quzuciyəz, centl-
mendi, amma özünü onunla necə aparmalı olduğunu,
sadəcə, bilmir”.

Çarlzın ona ürəyini açanda özünü necə aparmalı
olduğunu Culiya çoxdan müəyyənləşdirmişdi. Bu, gec-
tez mütləq baş verməliydi. Özündən incik salmadan ona
anlatmalıydı ki, elə ağlından keçməsin, Culiya aktrisadı
deyə, barmağının bir işarəsiylə qız onun yatağına
girəcək. Əgər onunla belə rəftar eləmək istəsə, Culiya
təhqir olunmuş abır-ismətli qız roluna girərək, Janna
Tebudan öyrəndiyi kimi əzəmətli jestiylə əlini uzadıb
barmağıyla qapını göstərəcək. Yox, işdi, əgər hisslərinin
bir-birinə qarışmasına, ya utandığına görə tutulub
ağzından bir kəlmə düz-əməlli söz çıxara bilməsə, onda
Culiya da özünü utancaq və həssas aparacaq, səsinə göz
yaşları, nə bilim nələr qatacaq, deyəcək ki, özünə qarşı
onda belə hiss olduğu ağlına da gəlməyib. Amma yox,
yox, bu mümkün deyil, Mayklın ürəyi partlayar. O,
Çarlzla birlikdə yaxşıca ağlayacaq və sonra hər şey

1 Prust – fransız yazıçısı Marsel Prust (1871-1922)
2 Sezann – fransız rəssamı Pol Sezann (1839-1906)

94
   89   90   91   92   93   94   95   96   97   98   99