Page 95 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 95
Seçilmiş əsərləri
yenidən öz axarına düşəcək. Çarlz çox tərbiyəli insandı,
əgər bunun baş tutan sevda olmadığını onun ağlına
yaxşıca yeritsə, lord onu bezdirməz.
Amma, nəhayət, bu eşqnamə oxunanda heç də
Culiya gözləyən kimi olmadı. Onlar Sent-Ceyms-parkla
gəzişə-gəzişə qutanlara baxmaqdan həzz alırdılar. Ara-
da Çarlz Culiyadan bazar günü axşam Millamantı1
oynayıb-oynamayacağını soruşdu. Sonra onlar bir fincan
çay içmək üçün Culiyanın evinə gəldilər. Yağlı kökəni
yarı bölüb yedilər. Az sonra lord Çarlz getmək üçün aya-
ğa qalxdı. O, cibindən miniatür çıxarıb Culiyaya uzatdı.
– Kleronun portretidi. On səkkizinci əsrin aktri-
sasıdı. Siz qadir olanların çoxuna o da qadir olub.
Culiya ənlik-kirşanlı buruqsaçlı bu yaraşıqlı və ağıllı
simaya baxıb, şəklin əsl brilliant, yoxsa qiymətli süni
daşla əhatələndiyi barədə fikirləşdi.
– O, Çarlz, bu çox bahalıdır. Siz necə də nəza-
kətlisiniz.
– Bilirdim ki, xoşunuza gələcək. Ona, haradasa,
vida hədiyyəsi də demək olar.
– Siz hara gedirsiz?
Culiya təəccübləndi. Çünki o, bu haqda heç nə de-
məmişdi. Lord Çarlz yüngül təbəssümlə ona baxdı.
– Yox. Amma mən daha sizinlə görüşməməyi qərara
almışam.
– Niyə?
– Fikrimcə, siz bunun səbəbini məndən pis bilmir-
siz.
Bu zaman Culiya, ilk öncə, nə edəcəyini bilmədi.
Oturub bir dəqiqə lal-dinməz miniatürə baxdı. İdeal pa-
uzasından sonra gözləri Çarlzın gözləriylə görüşənəcən
ağır-ağır başını qaldırdı. Ürəyi istəyən vaxt gözündən
yaş çıxara bilirdi, bu, onun ən effektiv tryuklarındən idi.
1 Millamant – ingilis komedioqrafı U.Konqrivin (1670-1729) “Kübar həyatın
yolları” komediyasının qəhrəmanı
95