Page 100 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 100
yam Somerset Moem

Culiya hamını doyunca güldürüb qəbuldan növbəti
zəfərlə ayrıldı. Gözəl, əvəzsiz bir gün idi və Culiya Hill-
stritdən, Stenxoup-pleysə qədər piyada getməyə qərar
verdi. Oksford-strit qələbəlik idi. Adamların arasından
keçəndə çoxları onu tanıyırdı və Culiya yalnız qabağına
baxıb addımlasa da, üzərində onların baxışlarını hiss
edirdi.

“Lənət şeytana, bu gözlərin əlindən adam bilmir
harada gizlənsin”.

Culiya addımlıarını yavaşıtdı. Doğrudan da, çox
gözəl gün idi.

Öz açarı ilə qapını açıb holla keçəndə telefonun
zəng çaldığını eşitdi. Qeyri-iradi dəstəyi qaldırdı.

– Bəli.
Adətən o, zənglərə cavab verəndə səsini dəyişirdi,
amma bu gün nəsə unutdu.
– Miss Lembert?
– Bilmirəm, evdədimi. Danışan kimdi?
Bu dəfə koknilər kimi danışdı. Amma elə ilk sadə
sözlər paxırını açmışdı. Dəstəyin o üzündən gülüş səsi
gəldi.
– Nahaq narahat olursunuz. Mən sizə sadəcə
təşəkkür eləmək istədim. Məni lança dəvət eləməyinizi
tərəfinizdən böyük iltifat kimi qəbul eləyib sizə bir neçə
çiçək göndərmək istədim.
Sözlər bir yana, bu səs özü onun həmsöhbətinin
kimliyini aşkarlayırdı. Bəli, adını hələ də bilmədiyi
həmin utancaq gənc idi. Hətta indi, göndərdiyi kağızı
görəndə də onu tanımamışdı. Yadına düşən yalnız onun
Tevistok-skverdə yaşamasıydı.
– Siz çox diqqətlisiniz.
Culiya öz səsiylə cavab verdi.
– Siz yəqin mənim sizinlə nə vaxtsa bir fincan çay
içmək təklifimi qəbul etməzsiniz?
Həyasızlığa bir bax! Mən heç hersoginya ilə çay
içmək istəmərəm! Elə danışır ki, elə bil, Culiya ondan

100
   95   96   97   98   99   100   101   102   103   104   105