Page 104 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 104
yam Somerset Moem
Gənc onunla yanaşı dayanmışdı. Culiya bu sözləri
deyib döndü. Bu zaman gənc onu qucaqlayıb dodaq-
larından öpdü. Yer üzündə heç bir qadın bu cür hey-
rətlənməzdi. Gördüyünə özü də inanmırdı, daş kimi
donub qalmışdı. Gəncin yumşaq dodaqları vardı və
onun havasından gəncliyin ətri vururdu – kifayət qədər
xoş ətri. Amma onun bu hərəkəti heç bir əndazəyə
sığmırdı. O artıq Culiyanı hər iki əliylə qucaqlayıb
dilinin ucuyla dodaqlarını aralayırdı. Culiya əsəbiləş-
məmişdi, amma hiss eləyirdi ki, gülməyə də həvəsi
yoxdu. Əslində, nə istədiyini özü də bilmirdi. Görürdü
ki, gənc, nəvazişlə onu harasa çəkir, dodaqları hələ də
dodaqlarına yapışıb, onun bədəninin istisini aşkar
duyurdu. İnanılası deyildi, elə bil, onun içində soba
yanırdı. Bir də ayıldı ki, divana uzanıb və o gənc də
yanındadır, onun dodaqlarından, boynundan, yanaqla-
rından, gözlərindən öpür. Culiyanın nədənsə ürəyi
sıxıldı, hər iki əliylə gəncin başını özünə çəkib dodaq-
larından öpdü.
Bir müddətdən sonra Culiya sobanın yanındakı
güzgünün qarşısında dayanıb özünü sahmana saldı.
– Saçlarıma bir bax!
Gənc darağı uzatdı və Culiya onu başı boyu
gəzdirdi. Sonra şlyapasını başına qoydu. Gənc arxada
dayanmışdı, Culiya çiyninin üstündən onun səbirsiz
mavi gözlərini görürdü. O gözlərdə indi yüngül
təbəssüm var idi.
Culiya onun güzgüdəki əksinə:
– Mən də elə bilirdim, sən utancaq oğlansan, – dedi.
O, azca gülümsəyib soruşdu:
– Səni bir də nə vaxt görəcəm?
– Sən məni yenə görmək istəyirsən?
– Özü də necə!
Ağlına müxtəlif fikirlər gəldi, bütün bunlar qəti
yolverilməz idi. Əlbəttə, Culiya bir də onunla görüşmək
104