Page 106 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 106
yam Somerset Moem
– Haralardan belə, miss Lembert? Bilmək istərdim,
indən belə haçan dincələçəksiniz?
– Rədd olsun istirahət!
Culiya libasını və alt paltarını çıxarıb gücü gəldikcə
otaq boyu tulladı. Sonra çılın-çılpaq çarpayının üstə
atılıb köpükdən doğulan Venera kimi bir dəqiqə eləcə
dayandı. Sonra yatağa yıxılıb ayaqlarını uzatdı.
Evi soruşdu:
– Sizə nə olub belə?
– Kefim yaxşıdı.
– Əgər mən özümü belə aparsaydım, camaat de-
yərdi, ağlı azıb.
Miss Filippe Culiyanın ayaqlarını masaj eləməyə
başladı. O, asta ovxalayırdı ki, bədən dincələ bilsin,
əksinə, yorulmasın.
Miss Filippe:
– Siz indicə belə güllə kimi otağa girəndə, elə
bildim, iyirmi il cavanlaşmısınız, – dedi.
Culiya:
– Ah, bu sözləri mister Qosselin üçün saxlayın, miss
Filippe! – deyib, sanki özü də özündən heyrətlənib əlavə
etdi. – Doğrudan da, mən özümü biryaşlı körpə kimi
hiss eləyirəm.
Eyni şey az sonra teatrda da təkrarlandı. Tərəf-
müqabili Arçi Dekster nəsə soruşmaq üçün onun otağına
girəndə Culiya təzəcə qrimlənib qurtarmışdı. Arçi
üzündə heyrət donub qaldı.
– Salam, Culiya. Sənə bu gün nə olub belə? Mü-
kəmməl görünürsən. Sənə dünyasında iyirmi beş yaşdan
artıq vermək olmaz!
– Əgər oğlunun on altı yaşı varsa, özünü cavan
göstərməyinin faydası yoxdu. Yaşım qırxdı, özü də lap
istəyir, bütün dünya bilsin.
– Gözlərinə nə eləmisən? Onların belə parıldadığını
mən indiyəcən görməmişəm.
106