Page 111 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 111
Seçilmiş əsərləri

– Bəli. Mən keçən ay Londondaydım.
– Maraqlı pyesdi, eləmi?
– Sizin sayənizdə.
Ofisiant hesabla onlara yaxınlaşdı. Culiya təkid
elədi ki, yediyinin pulunu özü ödəyəcək. İspan onu
kupeyəcən ötürüb dedi ki, gedib vaqonları gəzəcək,
görsün, ona yataq yeri tapa bilirmi? İyirmi beş dəqi-
qədən sonra bələdçiylə qayıdıb dedi ki, kupe tapıb, qoy
Culiya əşyalarını bələdçiyə versin, o isə onu həmin yerə
ötürəcək, Culiya sevinc içindəydi. İspan şlyapasını Culi-
yanın qalxdığı oturacağa atdı və ondan ardınca gəl-
məsini xahiş etdi. Onlar kupeyə çatanda ispan bələdçiyə
göstəriş verdi ki, onun içəridəki çamadanıyla çantasını
madamın vaqonuna aparsın.
Culiya qışqırdı:
– Məgər siz öz yerinizi mənə verirsiniz?
– Bütün qatarboyu tapa bildiyim yeganə boş yer
bura oldu.
– Xeyr, mən bu haqda eşitmək belə istəmirəm.
İspan bələdçiyə:
– Alles1 – dedi.
– Xeyr, xeyr...
İspan bələdçiyə göz elədi və o, yükü yerdən aldı.
– Fərq etməz. Mən harada gəldi, yata bilərəm,
amma düşünəndə ki, belə böyük aktrisa gecəni üç yad
adamla keçirmək məcburiyyətindədir, bax, onda,
gözümə yuxu getməz.
Culiya yenə etiraz elədi, amma əvvəlki inadkarlıq
yox idi. Bu, onun tərəfindən necə də nəcib, xeyirxah bir
addım idi. Culiya ona necə təşəkkür eləyəcəyini özü də
bilmir. İspan hətta onu bilet arasındakı fərqi ödəməyə
də qoymadı. O az qala, gözündən yaş axa-axa Culiyaya
yalvardı ki, ona şərəf verib bu xırda hədiyyəni qəbul

1Alles – tərpənin (fran.)!

111
   106   107   108   109   110   111   112   113   114   115   116