Page 110 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 110
yam Somerset Moem
– Bilirsiniz, mənə kimi xatırlatdığınızı heç cür
yadıma sala bilmirdim. Siz heyrətamiz dərəcədə Luvrda
gördüyüm Tisianın çəkdiyi I Françeskanın portretinə
oxşayırsınız.
– Onun o donuz gözlərinə görəmi?
– Xeyr, sizin gözləriniz iridi. Fikrimcə, məsələ
saqqaldadır.
Culiya diqqətlə ona baxdı: gözünün altındakı dəri
qırışsızdı, tarımdı, bənövşəyiyə çalır. Hələ çox cavandı,
sadəcə, saqqal yaşlı göstərir, yaşı uzağı otuz olar.
Maraqlıdır, bəlkə, o, məşhur ispanlardan biridi? Doğru-
dur, o qədər də şıq geyinməyib, amma əcnəbilərdən baş
açmaq mümkün deyil, əyinə geyiləsi olmayan kostyuma
bir ətək pul verirlər. Kifayət qədər gözə girən qalstukun
Şarvyodan alınmasına şübhə yox idi. Stola kofe veri-
ləndə o, Culiyadan onu likora qonaq eləmək xahişiylə
icazə istədi.
– Siz çox nəzakətlisiniz. Bəlkə, onu içsəm, daha ra-
hat yataram.
Culiyaya siqaret təklif etdi. Portsiqarının gümüş
olması Culiyanı bir qədər pəjmürdə elədi, amma bağ-
layanda başının bir küncündə qızıl tacı gördü. Yəqin,
hansısa qraf, ya da o mənsəbdə olan birisidi. Qızıl taclı
gümüş portsiqar: bir-biriylə çox əla tamamlanır. Heyif
ki, o, müasir geyimlərdə görünməyə məcburdu. Əgər
onu I Françeska kimi geyindirsən, kifayət qədər kübar
görünər. Culiya onunla bacardığı qədər nəzakətli dav-
ranmağı qərara aldı.
O, bir qədər sonra mətləbə keçdi:
– Yaxşısı budur, sizi tanıdığımı etiraf edim. Həm də
icazə verin, sizinlə böyük qürur duyduğumu əlavə
edim.
Culiya onu gözəl gözlərinin uzun-uzadı baxışlarına
qonaq etdi.
– Siz mənim oyunumu görmüsünüz?
110