Page 113 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 113
Seçilmiş əsərləri
– Mən artıq uzanmışam.
– Mən dişimi yumasam, yata bilmərəm.
“Hər halda, o, təmizkardı”.
Culiya çiyinlərini çəkib əlini qapıya uzatdı və
sürgünü açdı. Yaranmış bu şəraitdə abır-həya mücəs-
səməsi kimi görünmək səfehlikdi. İspan kupeyə, oradan
tualetə keçdi və bir saniyədən sonra əlində diş fırçasını
fırlada-fırlada çıxdı. Culiya dişini yuyanda o fırçanı
görmüşdü, amma elə bilmişdi ki, onu qonşu kupedə
olan adam ora qoyub. O vaxtlar iki kupeyə bir tualet
düşürdü. Culiya ispanın şampan şüşəsinə dikilən ba-
xışlarını tutdu.
– Susuzluqdan ciyərim yanır, etiraz etməsəydiniz,
bir badə şampan içərdim.
Culiyanın cavabı bir-iki saniyə ləngidi, bir də şam-
pan da onun özününküydü, kupe də. Necə deyərlər,
könlü balıq istəyənin ayağı suda gərək.
– Əlbəttə, etirazım yoxdu.
O, özünə şampan süzüb siqaret yandırdı və yatağın
bir küncündə oturdu. Onun üçün rahat olsun deyə,
Culiya azca kənara çəkildi. O, özünü tamamilə sərbəst
aparırdı.
– Siz həmin kupedə heç cür yuxuya gedə bilməzdiz, –
dedi, – bir sərnişin dəhşətli səslə fısıldayır. Xorul-
dasaydı, ondan yaxşıydı. Heç olmasa, bu bəhanə ilə oya-
dardım.
– Çox mütəəssir oldum.
– Fikir verməyin. Bəd ayaqda sizin qapının
astanasında büzüşüb yataram.
Culiya ürəyində özüylə danışdı:
“Bəlkə gözləyir, onu bura, mənimlə yatmağa dəvət
edəcəm? Görən, bütün bunlar onun quraması deyil ki?
Heç nə alınmayacaq, əzizim”. Sonra əlavə etdi:
– Əlbəttə, çox romantik fikirdi, amma burada nara-
hat olarsınız.
113