Page 116 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 116
yam Somerset Moem
maq üçün ləngidi. Culiya kənarda dayanıb onu göz-
ləyirdi. Qəflətən ürəyi yerindən qopdu: qatardakı ispan
düz üstünə gəlirdi. Sağıyla addımlayan gənc bir qadın
onun qoluna girmişdi, o biri əliylə də bir qız uşağının
əlindən tutmuşdu. Yayınmaq gec idi. Dolli gəlib çıxdı.
Və onlar küçənin o biri tərəfinə keçməliydilər. İspan
gəlib onlara çatanda biganə nəzərlərlə ona baxıb yol
yoldaşıyla söhbətləşə-söhbətləşə yoluna davam etdi.
Başa düşdü ki, o da Culiya kimi onu görməyə tamarzı
deyil. Qadınla qız, görünür, onun arvadıyla qızıydı,
Kanna pasxanı ailəvi keçirməyə gəlmişdilər. Necə də
rahatlandı. İndi qorxu-hürküsüz həyatdan həzz ala bilər.
Amma Dollinin ardınca bara tərəf addımlayanda Culiya
öz-özlüyündə fikirləşdi ki, bu kişilər, doğrudan da, hey-
van xislətlidirlər. Onları boş buraxmaq olmaz. Ayıb
olsun! Belə gözəl arvadı və göycək qızın ola-ola qatarda
təsadüfi tanışlıq sevdasına düşəsən! Kişilərdə, görən,
azca da olsa, ləyaqət hissi varmı?!
Amma üstündən vaxt ötdükcə Culiyanın çaşqınlığı
da soyuyub getdi və hətta bu macəra onun yaddaşında
xoş bir gün kimi qaldı. Hərdən özünü xatirələrin
ağuşuna atıb həyatında bu səpkili yeganə gecəni bütün
təfərrüatlarına qədər yaddaşında oyatmaq istəyirdi. Söz
ola bilməzdi, məşuq kimi əvəzi yox idi. Qocalanda
xatırlamağa nəsə olacaq.
Bütün məsələ saqqalda idi – onun üzünü elə
dalayırdı ki, bir də eyni vaxtda onu həm özünə çəkən,
həm də özündən qovan həmin o boğucu qoxuda idi. Bir
neçə il Culiyada saqqallı kişilərə qarşı qəribə hiss oldu.
Culiyaya elə gəlirdi ki, əgər o saqqallılardan hansısa biri
ardınca gəlsə, etiraz eləməyə, sadacə, gücü olmayacaq.
Şükürlər olsun ki, saqqal dəbdən düşdü, yoxsa hər dəfə
saqqallı kişi görəndə ayaqları elə əsirdi ki, az qalırdı
yıxılsın. Amma nədənsə hərdən həyatda rastına çıxan
saqqallılardan biri də ona aşiq olmurdu. Maraqlıdır, hər
116