Page 120 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 120
yam Somerset Moem

ifadələrini izləyirdi. O, bu baxışlardan yayınmaq istəsə
də, gəncin gözlərindən axan hövsələsizliyi, yanğını, ehti-
rası hiss eləməmək mümkün deyildi. Culiya həyəcan-
lanmışdı. Ona elə gəlirdi ki, səsi də təbiiliyin itirib.
(“Lənət şeytana! Mənə nə olub axı? Güclə nəfəs alıram!”)

Evi qapıya yaxınlaşanda gəncin elədiyi məsuliy-
yətsiz hərəkəti Culiya gözündən çox, hissiyyatıyla tutdu
və özünü saxlaya bilməyib ona baxdı. Gəncin sifəti ağap-
paq olmuşdu.

Culiya:
– Evi, bu gənc mənimlə öz pyesi barədə danışmaq
istəyir, – dedi. – Nəzarət elə ki, bizə mane olmasınlar.
Mənə lazım olsan, zəng eləyəcəm.
– Yaxşı, miss.
Evi çıxıb arxasınca qapını örtdü.
(“Mən lap axmağam. Ən axmaq adamam”.)
O, artıq stolu kənara itələyib onun yanında dizüstə
çökmüşdü. Culiya onun ağuşunda idi.
...Culiya miss Filippe gələnəcən onu yola saldı. O
gedəndən sonra Eviyə zəng elədi.
Evi sualla gəldi:
– Yaxşı pyes idi?
– Hansı pyes?
– İndicə o gələnlə haqqında danışdığınız.
– O, axmaq deyil, amma, əlbəttə, hələ çox cavandı...
Evi qrim stolunun üstünə baxdı. Culiya şey-şüylə-
rinin yerində olmasını istəyirdi, əgər krem qabını, ya da
qaş üçün rəngi yerində görməyəndə hay-küy qaldırırdı.
– Darağınız hanı?
Gənc onun darağıyla daranıb sonra təsadüfən çay
stolunun üstünə qaytarıb qoymuşdu. Evi darağı orada
görüb bir müddət matdım-matdım baxdı.
Evi qayğılı-qayğılı:
– Siz istədiklərinizin canı, o daraq bura necə düşüb? –
dedi.

120
   115   116   117   118   119   120   121   122   123   124   125