Page 123 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 123
Seçilmiş əsərləri

– Sən haçansa restorana aktrisa dəvət eləmisən?
O, qıpqırmızı oldu.
– Heç vaxt.
Hesabı onun ödəməsi Culiyaya xoş gəlmirdi, gü-
man eləyirdi ki, bu məbləğ Tomun həftəlik qazancı qədər
olar, amma pulu özü verməklə onun qüruruna toxun-
maq istəmirdi. Culiya səbəbini özü də bilmədən ondan
saatı soruşdu. O da vərdiş elədiyi tərzdə qoluna baxdı.
– Gör ha, saatı taxmağı unutmuşam.
Culiya sınayıcı nəzərlərlə ona baxdı.
– Təsadüfən saatı girov qoymamısan ki?
O, təzədən qızardı.
– Yox. Əynimi tələsik geyindim.
Sözlərinin doğru olmadığın bilmək üçün tək qal-
stukuna baxmaq kifayət idi. O, Culiyaya yalan deyirdi.
O, onu şama dəvət etmək üçün saatını lombarda qoy-
muşdu, Culiyanı qəhər boğmuşdu. O, yerindəcə Tomu
bağrına basıb o mavi gözlərini öpmək istəyirdi. Culiya
ona heyran qalmışdı.
– Gəl gedək, – dedi.
Taksi saxladıb onun Tevistok Skverdəki mənzilinə
yollandılar.

ON DÖRDÜNCÜ HİSSƏ

Səhəri gün Culiya Kartyedən Toma girov qoydu-
ğunun əvəzinə bir saat alıb yolladı, ad gününün vaxtını
öyrənib iki-üç həftə sonra isə ona qızıl portsiqar hədiyyə
etdi.

– Bilirsənmi, bu, mənim ömrüm boyu arzuladığım
bir şeydi.

Ona elə gəldi ki, Tomun gözləri yaşarıb. O, Culiyanı
ehtirasla öpdü.

Sonra müxtəlif bəhanələrlə Culiya ona qalstuk üçün
sancaq, mirvari taxma düymələr və jilet üçün düymələr
bağışladı. O, Toma hədiyyə etməkdən hədsiz həzz alırdı.

123
   118   119   120   121   122   123   124   125   126   127   128