Page 124 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 124
yam Somerset Moem

Tom:
– Dəhşətdi, əvəzində, mən sənə heç nə hədiyyə
eləyə bilmirəm, – dedi .
– Məni şama qonaq eləmək üçün girov qoyduğun
saatı bağışla.
Culiyanın xahişi yerinə yetirildi. Culiya on funtdan
baha olmayan xırda qızıl saatı hərdən qoluna taxmağı
xoşlayırdı.
Restorandakı şam yeməyinin ardınca birlikdə
keçirdikləri gecədən sonra, nəhayət, Culiya Toma vurul-
duğunu özünə etiraf etdi. Bu kəşf onu sarsıtdı. Amma,
bununla belə, özünü göyün yeddinci qatında hiss elə-
yirdi.
Mən də elə bilirdim, daha kiməsə vurulmaram.
Əlbəttə, bu, çox da uzun çəkməyəcək. Amma nə qədər
ki imkan var, niyə sevincimi gizləyim?”
Culiya qərara aldı ki, çalışıb onu yenidən Stenxoup-
pleysə dəvət etsin. Tezliklə belə bir fürsət yarandı.
Maykla:
– O cavan müsahibini xatırlayırsanmı, – dedi. – Adı
Tom Fenneldi. Mən bu günlərdə onu bir ziyafətdə gör-
düm. Təklif elədim ki, üzümüzə gələn bazar bizə təşrif
buyursun. Bizə bir kişi də lazımdı.
– Fikrimcə, o, uyğun gələr?
Onlar möhtəşəm qəbula hazırlaşırdılar. Ona görə
də Culiya Tomu yada salmışdı. Yalnız qəzetlərdəki foto-
lardan tanıdığı adamlarla görüşmək ona məmnunluq
gətirərdi. Culiya artıq onun bir qədər şöhrətpərəst
olduğunu duymuşdu. Neynək, lap yaxşı dəbdəbəli mə-
rasimlər onun ixtiyarında olacaqdı. Culiya ağıllı qadın
idi və gözəl başa düşürdü ki, Tom ona vurulub elə-
məyib. Sadəcə, onunla eşq Toma qürur gətirirdi. Tom
həddən artıq çılğın idi və bu eşq oyunundan ləzzət
alırdı. Ara-sıra ondan dartıb qopardığı bəzi işarələrdən,
hekayətlərdən öyrənib bilmişdi ki, artıq on yeddi

124
   119   120   121   122   123   124   125   126   127   128   129