Page 129 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 129
Seçilmiş əsərləri
elə bil, onda hisslər partlayışı baş verdi. Onun fikrində
başqa bir layihə də var idi. Tomun Teplouda onlarla
birgə qaldığı bu iki həftədə bu layihəni gerçək-
ləşdirməyə ümid edirdi. Tomun Tevistok-Skverdəki
odasının bir vaxtlar ona valehedici görünən kasıbyana
mebellər indi canını sıxırdı. Bir-iki dəfə pilləkəndə
rastına adam çıxmışdı və Culiyaya elə gəlmişdi ki, nəsə
ona birtəhər baxırlar. Otağı yığışdırıb səhər yeməyi
hazırlamaq üçün Tomun yanına üstündən çirkab yağan
yöndəmsiz bir xadimə gəlirdi. Culiya elə güman eləyirdi
ki, o, onların münasibətlərindən agahdı və bura onu
güdmək üçün gəlir. Bir dəfə Tomun yanında olanda
kimsə qapının dəstəyini fırlatdı. Culiya çıxanda xadi-
mənin pilləkənin tutacaqlarını sildiyini gördü. O, Culi-
yaya ikrahla baxdı. Culiya pilləkənin üstə qoyulan
kiflənmiş ərzaqların üfunətli iyindən boğulurdu. Tomun
odasının tör-töküntüsünün də buradan dala qalmadığı
Culiyanın iti nəzərlərindən yayınmadı. Rəngi qaçmış,
tozlu pərdələr, yeyilib-sürtülmüş xalça, ucuz mebel...
Bütün bunlar Culiyanı iyrəndirirdi. İş elə gətirmişdi ki,
Maykl pullarını yaxşı bir işə qoymaq üçün vasitələr
arayanda Stenxoup-pleysdən azca kənarda bir neçə qaraj
aldı. Lap əvvəllər ora at tövləsi olmuşdu. Maykl hesab
eləyirdi ki, onlardan bir hissəsini icarəyə verməklə
xərcini çıxaracaq. Qarajların üstündə otaqlar var idi.
Maykl o otaqlardan iki mənzil əmələ gətirdi – birini
sürücüyə, o birini isə kirayəyə vermək üçün. Sonuncu
hələ də boş idi və Culiya Toma oranı tutmağı təklif etdi.
Bu qiyamət olardı. Tom idarədən qayıdanda Culiya
birsaatlığa qaçıb yanına gələr, hərdən tamaşadan sonra
da bura təşrif buyurmağa imkan eləyə bilərdi. Ən əsası,
heç kim, heç nə bilməyəcəkdi, kimsə onlara mane
olmayacaqdı, tamamilə sərbəst görüşə biləcəkdilər. Culi-
ya Toma otağı necə bəzəyəcəyindən danışırdı. Stenxoup-
plyesdə o qədər artıq əşyaları vardı ki, Tom onları
129