Page 134 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 134
yam Somerset Moem

Maykl özünün isti təbəsümüylə:
– Yox, uşaqlar özləri getdilər, – dedi. – Fikirləşdim
ki, əgər tək buraxsam, onları daha xoş olar. Mən onlarla
ayaqlaşa bilmərəm. Səhər səkkizdən artıq sudaydılar,
yeməklərini tələsik içəri ötürən kimi Rocerin maşınıyla
qolf oynamağa şütüdülər.
– Şadam ki, onlar belə dostlaşıblar.
Culiya bu sözləri səmimi deyirdi. Doğrudur, Tomla
çayın qırağıyla gəzə bilməməsinə görə dilxor idi, amma
çox istəyirdi ki, o, Rocerin xoşuna gəlsin. Culiyada belə
bir qənaət yaranmışdı ki, Rocer öz simpatiya və antipa-
tiyalarında kifayət qədər dəqiqdi. Bir də ki, Tom hələ
düz iki həftə onlarla olacaq.
Maykl da qənaətini bölüşdü:
– Səndən nə gizlədim, onlara bir yerdə olanda
özümü əsl qoca kimi hiss eləyirəm.
– Boş-boş danışma! Sən onların ikisindən də gözəl-
sən. Sevgilim, özün də bunu çox gözəl bilirsən.
Maykl buxağını gizləyib, qarnını yığdı.
Oğlanlar düz lançın üstünə gəlib çıxdılar.
Rocer:
– Gecikməyimizə görə üzr istəyirəm, – dedi. – O
qədər adam vardı ki. Nişan almaq üçün xeyli gözləməli
olurduq. Şarları deşiyə salanda dəqiq zərbələrimizin
sayı eyni oldu.
Onlar canavar kimi ac, çılğın və özlərindən razı
idilər.
Rocer:
– Nə yaxşı ki, bu gün qonağımız yoxdu, – dedi. –
Qorxurdum ki, bütün millət gəlib bura cəmləşəcək, biz
də özümüzü ev uşağı kimi aparmağa məcbur olacağıq.
Culiya:
– Mən elə bilirəm, onlar bilərəkdən istirahətimizə
mane olmurlar, – dedi.
Rocer ona baxdı.

134
   129   130   131   132   133   134   135   136   137   138   139