Page 138 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 138
yam Somerset Moem

aşağıdı. Bu mövqeyi Culiya üçün gözəl reklam oldu.
Culiya kino ulduzlarına həsəd aparmırdı: çünki onlar
gəldi-gedərdilər, amma o, həmişə öz yerindəydi. İmkan
düşəndə Culiya Londonun başqa aparıcı aktrisalarının
oyununa baxmağa gedirdi. Culiya qəlbən xəsis deyildi
və xoşladığını lap ürəkdən tərifləyirdi. Hərdən bəzi yad
ifa Culiyaya o qədər yaxşı görünürdü ki, tam səmimi
tərzdə adamların niyə məhz onun ətrafında belə hay-
küy qaldırmasını başa düşə bilmirdi. O, tamaşaçılar
arasında yüksək nüfuza malik olduğunu bilsə də, özü
barəsində heç də o qədər yüksək fikirdə deyildi. Hansısa
intonasiyasının, yaxud jestinin adamları belə vəcdə
gətirməsi onu heyrətləndirirdi. Çünki onun üçün bu,
nəfəs almaq kimi təbii bir şey idi və Culiya istəsəydi də,
onda başqa cür alınmayacaqdı. Tənqidçilər onun
ifasındakı rəngarənglik barədə yazmaqdan doymurdu-
lar. Xüsusən, Culiyanın obraza girmək bacarığını
tərifləyirdilər. Əslində, o heç vaxt kimisə müşahidə
eləmirdi, yaxud kiminsə surətini çıxarmırdı, sadəcə, yeni
roluyla tanış olanda, elə bil, qəflətən haradansa gələn
tutqun xatirələrinin güclü dalğasına düşürdü və məlum
olurdu ki, demə, öz qəhrəmanı haqqında əvvəllər ağlına
da gəlməyən çox şeyləri bilirmiş. Bu zaman tez-tez
hansısa tanışı, yaxud küçədə, ya ziyafətlərdə təsadüfən
gördüklərindən birisi yaddaşında peyda olurdu. O, bu
xatirələri öz məniylə calaşdırır, beləcə real həyatdan
gəlib onun təcrübəsi, aktyorluq bacarığı, ürəyəyatımlı
çöhrəsiylə zənginləşən xarakter yaranırdı. İnsanlar elə
bilirdilər ki, o, yalnız olduğu iki-üç saatı oynayır, axı
haradan biləydilər ki, yaratdığı personaj bütün günü –
Culiya hansısa bir işlə məşğul olanda da, kiminləsə,
guya, həvəslə söhbətləşəndə də – onunla iç-içə yaşayıb.
Culiyaya tez-tez elə gəlirdi ki, onda iki şəxs cəmləşib: on-
lardan biri – məşhur aktrisa, hamının sevimlisi, Lon-
donda ən yaxşı geyinən qadın illüziyadan başqa bir şey

138
   133   134   135   136   137   138   139   140   141   142   143