Page 140 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 140
yam Somerset Moem
lap əvvəldən qərara almışdı ki, Tomun qarşısında heç
bir tələb qoymayacaq. Əgər Tom ona nədəsə borclu ol-
duğunu hiss eləsə, bu, Culiya üçün faciəvi ola bilərdi.
– Maykl, niyə axı qarajın üstündəki ikinci mənzili
Toma təklif eləməyəsən? İndi axırıncı imtahanını verib
mühasib-ekspert olandan sonra köhnə yerində qalmaq
onun üçün, sadəcə, ayıbdı.
– Pis fikir deyil. Mən ondan soruşaram.
– Aldığın kirəpulundan qənaət eləyərsən. Onu ora
özümüz yerləşdirərik. O qədər köhnə mebelimiz var ki.
Ambarda qalıb çürüməkdənsə, yaxşısı budur, Toma
verək, istifadə eləsin.
Tomla Rocer çay süfrəsi açılanda qayıtdılar, həzmi-
rabedən xeyli buterbrod keçirib hava qaralanacan tennis
oynadılar. Şam yeməyindən sonra domino stolunun ar-
xasına keçdilər. Culiya əla bir səhnə qurdu: gənc ana
sonsuz nəvazişlə oğluna və onun gənc dostuna baxır.
Culiya ertədən yatağına girdi. Az sonra oğlanlar da yer-
lərinə qalxdılar. Onların otaqları Culiyanın yatağının
düz altındaydı. Culiya Rocerin Tomun otağına keçdiyini
eşitdi. Onlar söhbətə başladılar. Onun da, oğlanların da
pəncərəsi açıq idi. Onların gümrah səsi Culiyanın qu-
lağına gəlib çatırdı. İlahi, onlar bir bu qədər, görən, nə-
dən danışırdılar? Culiya ikisinin də – nə onun, nə də o
birinin belə çox danışdığını hələ görməmişdi. Bir azdan
Mayklın səsi gəldi:
– Oğlanlar, marş yerinizə. Sabah doyunca çərən-
ləyərsiniz.
Gülüşdülər.
Rocer ucadan:
– Yaxşı, atacan, – dedi.
– Çənədən yaxşısınız ha!
Yenə Rocerin səsi gəldi:
– Gecən xeyirə qalsın, Tom.
Və Tomun ürəkdən gələn cavabı:
140