Page 141 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 141
Seçilmiş əsərləri
– Xeyirə qarşı, dost.
“Səfehlər”
Culiya hiddətdən, az qala, boğulurdu.
Ertəsi gün yatağında səhər yeməyini yeyəndə
Maykl yanına gəldi.
– Oğlanlar qolf oynamaq üçün Hanterkoma get-
dilər. Nəzərdə tutublar, iki raund oynasınlar. Məndən
soruşdular ki, lança qədər qayıtmaları vacibdimi? Cavab
verdim ki, işlərində olsunlar.
Culiya irad tutdu:
– Deyə bilmərəm ki, Tomun bizim evə mehman-
xana kimi baxmasından vəcdə gəlirəm.
– Əzizim, onlar axı uşaqdılar. Qoy necə istəyirlər,
elə də əylənsinlər.
Deməli, bu gün Tomu heç görə bilməyəcək. Əgər
teatra vaxtında çatmaq istəyirsə, beşlə altı arası evdən
çıxmalıdır. Mayklın işi yaxşıdı, bir də ki, nədən axı o,
mərhəmətini göstərməsin...
Culiya incimişdi. Ağlamaq istəyirdi. İndi o ancaq
Tom haqqında düşünürdü. Belə çıxır ki, o, Culiyaya qar-
şı laqeydmiş. Elə bilirdi ki,bu gün dünənkindən fərqli
olacaq. Səhər yuxudan belə bir qəti məqsədlə oyanmışdı
ki, təmkinli olmalı və hər şeyi olduğu kimi qəbul eləmə-
lidir. Amma ağlına da gəlməzdi ki, bu səhər onu belə
məyusluq gözləyir. Culiya qaşqabaqlı halda soruşdu:
– Qəzetləri gətiriblər?
Şəhərə dalğın halda yollandı.
O biri gün bir az yaxşı oldu. Oğlanlar həmin gün
qolf oynamamağı qərara aldılar, amma əvəzində, səhər-
dən-axşamacan tennisdə yarışdılar. Onların ölçü bilmə-
yən enerjisi Culiyanı əsəbiləşdirirdi. Şortda olan çılpaq
ayaqlı Toma uzağı on altı yaş verərdin. Gündə azı üç-
dörd dəfə çayda çimdiklərindən saçlarını yağlaya bilmir-
di və quruyanda üzük kimi qıvrım-qıvrım olurdu. Bu,
onu daha cavan və təəssüf ki, həm də daha körpə göstə-
141