Page 136 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 136
yam Somerset Moem

– Kofeni içib qurtardın?
– Hə.
– Onda gəl çaya girək.
Tom qətiyyətsiz nəzərlərini Culiyaya dikdi. Bunu
Rocer də sezdi.
– Hər şey qaydasındadı. Sən mənim hörmətli
valideynlərim sarıdan narahat olmaya bilərsən. Onlarda
bazar gününün qəzetləri var. Anam bu yaxınlarda mənə
idman velosipedi hədiyyə eləyib.
(“Sakit, sakit... Özünü ələ al. Gör bir nə axmaqlıq
eləyib, ona bu velosipedi bağışladım!”)
Culiya əsəbi təbəssümlə:
– Yaxşı, – dedi, – o tərəflərdə gəzişin, amma suya
girməyin.
– Girsək də, heç nə olası deyil. Çay süfrəsinə qədər
qayıdacağıq. Ata, tennis kortu hazırdı? Çay içəndən
sonra oynamaq istəyirik.
– Yaxşısı budur, atan birini də tapsın, iki ikiyə
oynayın.
Rocer:
– Narahat olmayın, təkbətək oynamaq daha
maraqlıdır, həm də daha yaxşı yorularıq, – deyib Toma
baxdı: – Görək qayıqlara birinci kim çatacaq?
Tom yerindən dik atılıb yüyürdü. Rocer də arxadan
ona çatmağa üz tutdu. Maykl qəzetlərdən birini əlinə
alıb eynəyini axtardı.
– Bir-birləriylə yaxşı tuturlar, eləmi?
– Belə görünür.
– Qorxurdum, Rocer burada bizimlə darıxacaq.
Yaxşı ki, indi öz adamı var.
– Sənə elə gəlmirmi ki, Rocer özündən başqa heç
kimlə hesablaşmır?
– Tenisə görə deyirsən? Doğrusu, mənim üçün
oynayıb-oynamamağın elə bir isti-soyuğu yoxdu.
Oğlanların ikilikdə oynamaq istəmələri çox təbii bir

136
   131   132   133   134   135   136   137   138   139   140   141