Page 132 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 132
yam Somerset Moem
qədər sevinmirdi. O, özünü kifayət qədər laqeyd apa-
rırdı. Elə görünürdü ki, qəflətən yaşına uyğun olmayan
qədər yaşlaşıb.
Rocer Culiyaya dərhal bəyan etdi ki, Miladacan
İtonu tərk etmək istəyir. Dedi ki, bəs oradan nə qədər
mümkünsə, o qədər əxz eləyib, indi də Kembricə daxil
olmazdan öncə Vyanaya gedib orada bir neçə ay alman-
canı öyrənmək niyyətindədir. Maykl onun hərbiçi olma-
ğını istəsə də, Rocer qəti etiraz etdi. O, hələ hansı sahəni
seçəcəyini özüyçün müəyyən etməmişdi. Rocer az qala
doğulduğu gündən Maykl da, Culiya da qorxurdu ki,
birdən o uşaq da səhnəni seçər, amma, görünür, onun
teatra azca da meyli yoxmuş.
Culiya:
– Hər halda, onsuz da, ondan nəsə çıxan deyildi, –
dedi.
Rocer Teplouda heç kimə qaynayıb-qarışmırdı. Sə-
hər açılan kimi çaya gedir, sonra bütün günü əlində
kitabla bağçada ilişib qalırdı. Ad günündə Culiya ona
sürətli yol velosipedi aldı. İndi o, həmin velosipedlə
qəsəbəarası yolları başgicəlləndirən sürətlə ələk-vələk
eləmişdi.
Culiya:
– Yeganə təsəlli Rocerin adama əziyyət vermə-
məsidi, – deyirdi. – O özü özünün, necə lazımdı, başını
qata bilir.
Bazar günləri yanlarına şəhərdən müxtəlif adamlar –
aktyorlar, aktrisalar, hansısa tanınmayan bir yazıçı və ya
onların ən məşhur dostlarından biri gəlirdi. Culiya belə
məclisləri xoşlayırdı və həm də bilirdi ki, insanlar da on-
lara qonaq gəlməyi xoşlayırlar. Rocerin gəlişinin ilk
bazarı bu evə, sanki, axın oldu. Rocer qonaqlara qarşı
çox nəzakətliydi. O, ev sahibinin oğlu vəzifəsinin öh-
dəsindən əsl kübar kimi gəlirdi. Amma Culiyaya elə
gəldi ki, o, daxilən hamıya qarşı biganədi, sanki, içinə
132