Page 127 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 127
Seçilmiş əsərləri

onlar qrammofonu işə salanda valları dəyişdirmək üçün
dərhal orada peyda olurdu.

Maykl:
– Ondan Rocerə yaxşı dost olar, – dedi. – Tomun
ağlı-başı yerindədir, həm də Rocerdən böyükdü. Ona
yaxşı təsir göstərir. Məzuniyyətə çıxanda niyə axı onu
bizdə qalmağa dəvət eləməyək?
(“Xoşbəxtlikdən, mən yaxşı aktrisayam”.)
Ürəyinin döyüntüsündən qulağı tutulurdu. Səsinin
sevincini, çöhrəsinin parıltısını gizlətmək üçün xeyli
əziyyət çəkməli oldu.
– Pis ideya deyil, – dedi. – Əgər istəsən, mən onu
dəvət eləyərəm.
Teatr avqustun sonunacan fəaliyyət göstərməliydi.
Odur ki, Maykl yayın ən qızmar günlərini keçirmək
üçün Teplouda ev tutmuşdu. Culiya şəhərə tamaşa vaxtı,
Maykl işi üçün gedirdi. Amma, hər halda, adi günləri
axşamacan, bazar günlərini isə bütünlüklə şəhər ətra-
fında keçirirdilər. Toma ikihəftəlik məzuniyyət düşürdü.
Və o, onların dəvətini məmnuniyyətlə qəbul etdi.
Bir gün Culiya nəsə sezdi ki, Tom heç özünə ox-
şayan kimi deyil, qəti dinib-danışmır. Rəngi-rufu ağar-
mışdı, əvvəlki həyatsevərlik onu tərk eləmişdi. Culiya
hiss elədi ki, nəsə olub. Amma Tom yalnız bir az kefinin
olmadığını deməklə kifayətləndi, ağzından başqa söz
çıxarmaq istəmədi. Nəhayət, Culiya onun ürəyini
boşaltdırdı. Məlum oldu ki, borca girib və sərmayəçilər
ondan təkidlə borcunu ödəməyi tələb edirlər. Culiyanın
Toma göstərdiyi həyat onun cibinə görə deyilmiş.
Culiyanın onu özüylə apardığı yüksək təbəqələrin ziya-
fətində ucuz kostyumda görünməkdən xəcalət çəkib
bahalı dərzidə özünə təzələrini sifariş eləmişdi. O, udub
borcdan çıxmaq ümidiylə cıdırda pul qoyduğu at ən
axırda gəlmişdi. Onun yüz iyirmi beş funt borca girməsi
Culiya üçün xırda şey idi və kiminsə belə bir boş şeydən

127
   122   123   124   125   126   127   128   129   130   131   132