Page 126 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 126
yam Somerset Moem

Çarlz Temerli həmişə deyərdi ki, aktrisaya ağıllı yox,
ayıq olmaq lazımdı. Yəqin ki, o, haqlıydı. Ola bilsin ki,
Culiya ağıllı deyildi, amma zənni ayıq idi və o heç vaxt
onu aldatmırdı. Hissləri Culiyaya deyirdi ki, Toma onu
sevdiyini etiraf etməlidir. O, öz-özünün ağası olduğunu
və ona heç bir iddiası olmadığını Toma anlatmağa
çalışırdı. Culiya özünü elə aparırdı ki, sanki, onların
arasında baş verənlər onun da, Tomun da xüsusi əhə-
miyyət vermədiyi boş bir şeydi. Amma onu özünə öyrəş-
dirmək üçün hər yola gedirdi. Bilirdi ki, Tom ziyafətləri
xoşlayır və odur ki, dəvətli olduğu yerlərə onu da özüylə
aparırdı. Dolliylə Çarlz Temerlini məcbur eləyirdi ki,
Tomu da lança çağırsınlar. Tom rəqs eləməyi xoşlayırdı
və odur ki, Culiya onun üçün bala dəvətnamələr təşkil
eləyirdi. Onun xətrinə Culiya birsaatlığa ora baş çəkirdi
və görürdü ki, adamların ona olan bu böyük məhəbbəti
Toma necə xoş gəlir. Culiya bilirdi ki, yekə adamlarla
ünsiyyətdən onun başı əməlli-başlı gicəllənir. Odur ki,
onu adlı-sanlı adamlarla tanış etməyi özünə borc bilirdi.
Xoşbəxtlikdən, o, Mayklın çox xoşuna gəlirdi. Mayklda
danışmaq, Tomda isə dinləmək istedadı var idi. Tom öz
işinin ustasıydı. Bir gün Maykl Culiyaya dedi:

– Bu Tom diribaş oğlandı. Mənə mənfəət vergisinin
dilini öyrətdi. Gələn dəfə vergi ödəyəndə illik gəlirdən
iki-üç yüz funt qənaət eləməyin yolunu mənə başa saldı.

Maykl axşamlar yeni istedad axtarışıyla Londonun
özündəki və ətrafındakı teatrlara baş çəkəndə Tomu da
tez-tez özünə qoşurdu. Tamaşadan sonra Culiyanın
ardınca gəlib birgə şam eləyirdilər. Bəzən bazar günləri
Maykl Tomu bir partiya qolf oynamağa çağırırdı və
onlar başqa yerə dəvətli olmayanda nahara evinə
gətirirdi.

– Evdə gəncliyin olması yaxşı şeydi, – deyirdi, –
adamı paslanmağa qoymur.

Tom hər hərəkətiylə onların işinə yarımağa çalışırdı.
Mayklla trik-trak oynayırdı, Culiya ilə kartları düzürdü,

126
   121   122   123   124   125   126   127   128   129   130   131