Page 121 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 121
Seçilmiş əsərləri

– Elə mənə də maraqlıdır.
Culiyanın ürəyi əsə-əsə qalmışdı. Əlbəttə, teatrda,
öz odasında belə işlərlə məşğul olmaq əsl dəlilik idi.
Hətta bu qapıda açar da yoxdu, Evi onu özündə saxlayır.
Amma, hər halda, risq xüsusi maraq gətirir. Bu dərəcədə
başını itirməyə hələ qadir olduğu Culiya üçün xoş idi.
Evdə onu necə çağırdıqlarını soruşanda “Tomas” dedi.
Amma ona belə müraciət eləməyə, nədənsə, Culiyanın
dili dönmürdü. Tom onu həm də rəqs eləyə biləcəkləri
bir yerdə şam yeməyinə dəvət eləmək istəyirdi. Maykl
bu günlərdə tələbələrin yazdığı birpərdəli pyeslərin
məşqlərinə baxmaq üçün Kembricə gedəcək. Deməli,
vaxtları çox olacaq.
– Sən sübh tezdən, süd paylanan vaxt qayıda
bilərsən?
– Bəs səhəri günün tamaşası necə olsun?
– Bunun məsələyə nə dəxli var?
Onun dalınca gəlməyi Toma qadağan eləmişdi.
Culiya hər ikisinin bəyəndiyi restorana gələndə Tom
onu hollda gözləyirdi. Culiyanın görəndə eyni açıldı.
– Artıq çox gecdi. Qorxdum, daha gəlməyəcəksən.
– Təəssüf eləyirəm. Tamaşadan sonra otağıma bir
xeyli mənasız insan gəldi. Güclə canımı onlardan qur-
tardım.
Yalan deyirdi. Bütün axşamı Culiya ilk görüşə
gedən qız kimi həyəcanlıydı. Bəlkə də, min dəfə özünə
deyirdi ki, bu, dəlilikdi. Amma səhnə qrimini silib şam
yeməyinə getmək üçün təzədən boyananda nəticə heç
cür onu qane eləmirdi. O, kirpiklərinə mavi kölgə verib
təzədən sildi və sonra başqa rəngi yoxladı.
Evi soruşdu:
– Siz nə eləmək istəyirsiz axı?
– İstəyirəm, iyirmiyaşlı qız kimi görünəm, axmaq.
– Əgər indi bu işdən əl çəkməsəz, qırx altı yaşınızın
hamısı görünəcək.

121
   116   117   118   119   120   121   122   123   124   125   126