Page 119 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 119
Seçilmiş əsərləri

tamam olmuşdu, bir ildən sonra Kembricə daxil olacaq-
dı. Dolayısıyla gəncə inandırmalıydı ki, onun anası
yerindədir. Culiya özünü elə aparacaq ki, sanki, onların
arasında heç vaxt heç nə olmayıb və gənc bir də onu
görməmək şərtiylə həmişəlik həyatından qeyb olacaq.
Culiya az qala özünü inandırmışdı ki, bütün olanlar, de-
mə, onun təxəyyülünün məhsuluymuş. Amma bu zərif,
alyanaq, mavigözlü, belə sütül və gözəl gəncə gözucu
baxan kimi ürəyindən ağrı tutdu. Evi çıxıb arxasınca qa-
pını bağladı. Divanda uzanan Culiya madam Rekam-
yenin1 mərhəmətli təbəssümüylə ona əlini uzatdı. Amma
o, divana tərəf atılıb Culiyanın yanında dizüstü çökdü
və ehtirasla onun dodağından öpdü. Culiya özüylə
bacara bilməyib qollarını gəncin boynuna doladı və eyni
ehtirasla öpüşünün cavabını qaytardı.

(“İlahi, mənim abır-həyam hara qeyb oldu? Yoxsa,
mən ona vurulmuşam?”)

– Tanrı xətrinə, əyləş. Evi indi çay gətirəcək.
– Dedin ki, o, bizə mane olmasın?
– Sən nəyi nəzərdə tutursan?
Nəyi nəzərdə tutduğu gün işığı kimi aydın idi.
Culiyanın ürəyi əsə-əsə qalmışdı.
– Bu, düz deyil. Mümkün deyil. Maykl içəri girə
bilər.
– Mən səni istəyirəm.
– Evi nə fikirləşər? Belə risq eləmək dəlilikdi. Yox,
yox, yox.
Qapı döyüldü və Evi çayla içəri girdi. Culiya ona
göstəriş verdi ki, xırda stolu divana tərəf çəksin və gənc
üçün kreslonu o biri tərəfə gətirsin. Culiya Evini mənasız
söhbətlərlə ləngidirdi. O, özündə gəncin baxışlarını hiss
elədi. Onun gözləri sürətlə Culiyanın jestlərini, üzünün

1 Jüli Rekamye (1777-1845) – məşhur fransız gözəli, o dövrlərin tanınmış
yazıçılarının toplaşdığı nüfuzlu Paris salonunun sahibəsi

119
   114   115   116   117   118   119   120   121   122   123   124