Page 118 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 118
yam Somerset Moem

– Sən dincələn vaxt necə, gələ bilərəmmi?
Biranlıq Culiya tərəddüd elədi. Belə daha yaxşıdı.
Əgər Evi elə bir ucdan otağına girib-çıxırsa, üstəlik, miss
Filippeni də gözləyirsə, bu zaman heç bir axmaqlıqdan
söhbət gedə bilməz. Yaxşı fürsətdi. Dostcasına. O oğlan
elə nurludur ki, amma həm də qətiyyətlə deməliyəm ki,
davamı olmayacaq. Bir neçə tutarlı sözlə ona izah eləyər
ki, bu, dəlilikdi və olanların hamısını yaddaşından sil-
mək onu tamamilə sakitləşdirər.
– Yaxşı, altının yarısı gəl, səni bir fincan çaya qonaq
eləyim.
Günorta və axşam tamaşaları arasında öz otağında
keçirdiyi bu üç saat günboyu onun ən sevimli vaxtı idi.
Truppanın qalan üzvləri teatrdan çıxırdılar, burada
yalnız onun bütün istəklərini təmin etməyə hazır olan
Evi, bir də heç kəsin onun rahatlığını pozmamasına nə-
zarət edən qapıçı qalırlı. Odasını Culiya gəmi kayutuna
bənzədirdi. Bütün dünya öz təkliyindən həzz alan Cu-
liyadan çox-çox uzaqlarda qalmışdı. Haradasa, elə bil,
onu daha da sərbəstləşdirən bir magik dairəyə düşürdü.
Mürgüləyirdi, mütaliə eləyirdi, ya da yumşaq, rahat di-
vanda uzanıb düşüncələrini məqsədsiz-filansız, özba-
şına buraxırdı. Qarşıda onu gözləyən və artıq keçmişdə
qalan rolları barədə düşünürdü. Oğlu Rocer haqqında
fikirləşirdi. Xoş arzu və xatirələr yaşıl meşədə gəzişən
sevgililər kimi aramla düşüncələrindən gəlib-keçirdi.
Culiya fransız poeziyasını çox sevirdi və hərdən ürəyin-
də Verlenin şeirlərini deyirdi. Düz saat altının yarısında
Evi oxumaq üçün ona vizit kartını uzatdı: “Mister
Tomas Fennel”.
– Onu bura ötür, özün də çay gətir.
Culiya onunla özünü necə aparacağını səhərdən
müəyyənləşdirmişdi. İsti, amma quru münasibət göstər-
sin, işiylə maraqlanıb imtahan barədə soruşsun. Sonra
ona Rocer haqqında danışacaqdı. Rocerin on yeddi yaşı

118
   113   114   115   116   117   118   119   120   121   122   123